CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı şeyxin kəraməti nəzarətçiləri heyrətə salıb

© Sputnik / Shahperi AbbasovaŞeyx Hacı Əhməd Əfəndi ziyarətgahı
Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahı - Sputnik Azərbaycan
Abunə olmaq
Allaha və insanlara sevgisi üzündən bütün ailəsi didərgin düşüb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Azərbaycan xalqı həmişə pirlərə, ziyarətgahlara xüsusi önəm verib. Məhdudiyyətlərlə dolu sovet dövründə belə, müqəddəs yerləri göz bəbəyi kimi qoruyublar.

Belə yerlərdən biri də zaqatalalı Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahıdır. Allaha və insanlara qarşı sevgisi, etdiyi yaxşılıqlar ölümündən sonra da el arasında Əhməd Əfəndiyə olan hörmət-izzəti azaltmayıb. Adamlar onun qəbrinin olduğu məkanı müqəddəs yer hesab edərək ziyarətgaha çeviriblər.

Sözügedən məkan Zaqatala şəhərinin girəcəyində yerləşir. Hacı Əhməd Əfəndinin nəticəsi Mərcimət Məmmədova ziyarətgah və şeyxin keşməkeşli həyatı haqqında Sputnik Azərbaycan-a danışıb: "Ulu babam 1839-cu ildə anadan olub. O, 4 dəfə Həccə gedib. 9 il Türkiyədə yaşayıb. Sultan Əhməd camisində dərs deyib. Əhməd Əfəndi çox böyük İslam alimi idi. Sonra onu Misirə göndərmək istəsələr də, şeyx vətənə qayıtmağı üstün tutub".

© Sputnik / Shahperi AbbasovaŞeyx Hacı Əhməd Əfəndi ziyarətgahı
Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahı - Sputnik Azərbaycan
1/3
Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahı
© Sputnik / Shahperi AbbasovaŞeyx Hacı Əhməd Əfəndi ziyarətgahı
Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahı - Sputnik Azərbaycan
2/3
Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahı
© Sputnik / Shahperi AbbasovaŞeyx Hacı Əhməd Əfəndi ziyarətgahı
Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahı - Sputnik Azərbaycan
3/3
Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahı
1/3
Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahı
2/3
Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahı
3/3
Şeyx Hacı Əhməd Əfəndi ziyarətgahı

Hacı Əhməd Əfəndi böyük islam alimi olmaqla yanaşı, həm də xeyriyyəçiliyi ilə tanınıb. Mərcimət Məmmədovanın sözlərinə görə, vətənə qayıtdıqdan sonra Hacı Əhməd Əfəndi Tala kəndinə dağlardan bulaq çəkib. Müasir texnikanın olmadığı vaxtlarda 14 km məsafədən kəndə su çəkmək qəhrəmanlıq idi. O vaxta qədər həmin kənddə su olmayıb və camaat içməli suyu uzaqdan gətirirmiş.

Həyatını elm öyrənməyə və öyrətməyə sərf edən, bu yolla da övliyalıq məqamı qazanan Şeyx Əhməd Əfəndi Zaqatalaya gələndən sonra 21 kasıb uşağa təhsil verib. Şeyxin nəticəsinin sözlərinə görə, Əhməd Əfəndi yetim olub, elmə, dinə çox böyük marağı olsa da, imkansız olduğuna görə çox gec təhsil alıb.

"Anam Aşura xanım danışardı ki, o dövrdə kasıb insanların uşaqları oxumurdu. Təkcə varlı uşaqlar mədrəsə təhsili alırdı. Lakin Əhməd Əfəndini yaşlı kənd sakinləri çox sevərdi. Balaca Əhməd də həmişə onların söhbətlərinə qulaq asarmış. Onlardan dini öyrənməyə çalışırmış. O, yaşıdları ilə dostluq etməz, həmişə yaşlı insanlarla oturub-durarmış. Bu səbəbdən də ağsaqqalların diqqətini çəkmiş, hörmətini qazanmışdı" — deyə Məmmədova bildirib.

Çəpni türbəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
İki sərkərdənin uyuduğu türbə: əhali oranı ziyarət etməyə qorxurdu

Şeyx Hacı Əhməd o qədər sevilən insanlardan olub ki, haqqında rəvayətlər də yayılıb. Haqqındakı rəvayətlərdən birini Mərcimət xanım bizimlə bölüşüb: "O dövrdə Qədr gecələrində insanlar səhərə qədər yatmazdılar. Babam da yaşlı insanlara qoşulub yatmamaq qərarına gəlir. Təbii ki, balaca uşaq səhərə qədər yuxusuz qala bilməz. Gecənin bir vaxtı ağsaqqal, nurani bir şəxs balaca Əhmədi yuxudan oyadır və ona həyətdə dəstəmaz aldırır. Bu gecənin Qədr gecəsi olduğunu bildirib, onun mahiyyətini uşağa başa salır. Deyir ki, namaz qılıb dua etməyin vacibdir. Babam bundan sonra namaz qılıb, dualar edib. Səhər açılanda gecə şahidi olduğu əhvalatı danışanda mollalar çox pərt olublar. Başa düşüblər ki, illərdir ibadət etdiklərinə baxmayaraq, Allah dərgahında Yetim Əhmədin hörməti onların hörmətindən üstündür". 

Bu əhvalatdan sonra Əhməd Əfəndi elm öyrənməyə başlayıb. Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagil kəndində Hətəm əfəndidən dərs alıb. Daha sonra da İlisuda Səid Əfəndinin yanında elmini bir qədər də dərinləşdirib. İkinci dəfə Həccə getdikdən sonra birbaşa Türkiyəyə — Sultan Əhməd camisində təhsil almağa gedib. Orada 9 il yaşadıqdan sonra onu Misirə müəllim kimi dəvət ediblər, lakin Şeyx öz vətəninə qayıtmaq istədiyini bildirib.

Sovet hakimiyyətinin Azərbaycanda qurulduğu illərdə Əhməd Əfəndi ailəsi ilə birlikdə repressiya qurbanı olub. Onun özünü İrkutsk vilayətinə, digər ailə üzvlərini isə Qazaxıstan çöllərinə sürgün ediblər.

Qax rayonunun Qımır kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın ən tolerant kəndi: din, dil, milliyyət əngəli yoxdur

Mərcimət xanım anası Aşura xanımın acı xatirələrini də Sputnik Azərbaycan-la bölüşüb: "1930-cu ildə Sovet hökuməti babamın evini müsadirə edib yerində MTS (Maşın-traktor Stansiyası — red.) qurmuşdu. Onun 4 qızı və 2 oğlu olub. Bir oğlu ölüb, digər oğlunun isə evi müsadirə edilib və özü Mircəfər Bağırov tərəfindən sürgün edilib". 

"Buna səbəb onların din əhli olması idi. Anamın anasını da, bacılarını da Qazaxıstan çöllərinə sürgün ediblər. Hamısı orada ölüb, anam isə 10 yaşında tək qalıb. Sürgündə olan gəncəlilərlə birlikdə Bakıya gəlib. O zaman anamın pulu da olmayıb. Gəmidən düşəndən sonra Bakı küçələrində 3 gün dilənib. Bir kişi anamın tək və kimsəsiz olduğunu görüb aparıb evinə. Anam kişinin xəstə arvadına baxıb" — müsahibimiz bildirib.

"Bir gün onlara bir kişi qonaq gəlib və söhbətlərində Zaqatalanın adını tez-tez çəkib. Anam o qonağa yaxınlaşıb, özünün də zaqatalalı olduğunu deyib və onu da Zaqatalaya aparmasını xahiş edib. 3 gün sonra həmin kişi ilə anam Zaqatalaya gəlib. Bütün qohum-əqrəbalara anamın gəldiyini xəbər veriblər" — M.Məmmədova əlavə edib. 

Bakı-Balakən qatarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda "cəhənnəm qatarı"nın sərnişinləri yaşadıqları əzabları anladırlar

Əhməd Əfəndiyə gəldikdə, qadın onun barəsində danışılanları belə dilə gətirir: "Deyilənə görə, onun saxlandığı yerdə hər namaz vaxtı qapının kilidi öz-özünə açılırmış, dəstəmazını alıb, qayıdıb içəri girdiyində də kilid eynilə öz-özünə bağlanırmış. Bunu görən nəzarətçi Əhməd Əfəndidən şübhələnərək generala xəbər verib. General onun yanına gətirilməsini əmr edib. Onu generalın yanına aparıblar".

"Bir az söhbət etdikdən sonra general ondan soruşub ki, hansı din haqdır? Əhməd Əfəndi də cavabında belə deyib: "Onu mən deməyəcəm, sizin keşişi gətirin, o deyəcək". Keşişi gətiriblər, eyni sualı ona da veriblər. Keşiş də cavabında İslam dininin haqq din olduğunu deyib" — müsahibimiz bildirib.

Ondan sonra Əhməd Əfəndini evə buraxıblar və doğulub-böyüdüyü rayona gəlib. Güman ki, onun söhbətləri, elmi və dini bilikləri sovet rejiminin qulluqçusunu öz təsiri altına salıb, o da bu nurani kişini azadlığa buraxmağı özünə borc bilib.

Əhməd Əfəndi özündən sonra da böyük bir irs qoyub. Onun Allah və insan sevgisi, elədiyi yaxşılıqlar ölümündən sonra da el arasında ona olan hörmət-izzəti azaltmayıb. Adamlar onun qəbrinin olduğu yeri müqəddəs yer hesab edərək oranı ziyarətgaha çeviriblər. 

Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Allahşükür Paşazadənin oğlu barədə ilginc açıqlama: "Şeyx çox pərişan idi... "

39 ildir ziyarətgahın nəzarətçisi olan Mərcimət xanımın dediyinə görə, sovet dövründə bu yeri dəfələrlə dağıdıblar. Çünki o dövrdə belə ziyarətgahların fəaliyyətinə icazə verilmirdi. Buna baxmayaraq, insanlar ora gəlməyi tərgitməyiblər. Bu gün isə başqa bölgələrdən, hətta xarici ölkələrdən də buranı ziyarət etməyə gəlirlər.

Amma dünyanın qəribə işləri də var. Zamanında dağlardan kəndə su çəkdirən adamın ziyarətgahı özü bu gün susuzluqdan əziyyət çəkir.

"Mən xəcalət çəkirəm ki, Şeyx özü öz hesabına kəndə su çəkdirib, amma onun ziyarətgahında su yoxdur. Neçə dəfə icra hakimiyyətinə müraciət etsəm də, bir nəticəsi olmayıb. Əvvəllər burada su var idi. Yol çəkəndə buranın suyunu kəsdilər. Dedilər ki, yol çəkiləndən sonra düzələcək. Bir ildir yol çəkilişi başa çatıb, amma su problemi həll olunmayıb. Bir dəfə icra nümayəndələri gəldilər, dedilər ki, su problemi həll olunacaq, amma olmadı" – deyə Şeyxin nəvəsi narahatlığını ifadə edib.

Xəbər lenti
0