Bu gün 19 məsələ həllini tapacaq

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinə üçüncü oxunuşda baxılacaq

BAKI, 29 dekabr — Sputnik. Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib.

İlk olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsinə baxılacaq.

"Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" Milli Məclisin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli qərarında dəyişikliklər müzakirə ediləcək.

Bakıda çoxmərtəbəli yaşayış evi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətdə kütləvi narazılıq yaradan problem həllini tapır

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.

Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

"Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Turizm haqqında", "Yol hərəkəti haqqında", "Dövlət qulluğu haqqında", "Banklar haqqında" qanunlarda, Gömrük, Miqrasiya, İnzibati Xətalar məcəllələrində dəyişikliklər müzakirəyə çıxarılacaq.

İclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi məsələsinə baxılacaq.

Xəbər lenti
0