BAKI, 29 dekabr — Sputnik. 13-14 yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" klubunun birgə təşkil etdiyi, 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş növəti yarış olacaq.
AMKF-in mətbuat xidmətindən Sputnk Azərbaycan-a verilən məlumata görə, 2-ci "Arpachay Open" beynəlxalq karate turnirindən bir gün əvvəl isə beşqat dünya və 13 dəfə Avropa çempionu olan Rafael Ağayevin Azərbaycanda ilk beynəlxalq seminarı təşkil olunacaq. Bu seminar da 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunur.
Hər iki idman tədbiri Bakı İdman Sarayında keçiriləcək. Yarışlarda 6-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər mübarizə aparacaq.