Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 27 dekabr — Sputnik. Lənkərandan olan 5 yaşlı şahmatçı Nuray Məmmədli şahmat üzrə Polşada keçiriləcək Avropa Çempionatına vəsiqə qazanıb.
Sputnik Azərbaycan-ın Cənub bürosunun verdiyi məlumata əsasən, N.Məmmədli əvvəlcə "Təhsil" Respublika İdman Mərkəzinin Şahmat üzrə Respublika Çempionatının seçmə yarışında mübarizə aparıb. Bu yarışda Lənkəranın azyaşlı zəka sahibi mümkün xalların hamısını toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Göyçayda keçirilən final mərhələsində də inamla çıxış edən 5 yaşlı Nuray 9 oyundan 7 xal toplamaqla ikinci yerə sahib olub.
O, bu nəticə ilə Polşada keçiriləcək 7 yaşa qədər Qızlar arasında Avropa birinciliyinə vəsiqə qazanıb.