BAKI, 25 dekabr — Sputnik. Ötən gün Bakıda gənc qadın naməlum şəraitdə vəhşicəsinə döyülüb. Cinayət Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin ərazisindəki kafelərdən birində, axşam saatlarında baş verib. Qadının qabırğaları qırılıb.
Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda qadının vəziyyəti stabildir.
İlkin məlumatlara görə, 1982-ci il təvəllüdlü Əhmədova Gülnar Polad qızı kafenin müştərilərindən biri tərəfindən döyülüb. Təcili Tibbi Yardım briqadası qəddarcasına hücumun qurbanını xəstəxanaya aparıb. Ancaq istintaq zamanı bu məlumat yalnız qismən təsdiqlənib.
Zərərçəkmiş kim tərəfindən və niyə döyüldüyünü bilmir. O, hətta özünün doğum tarixini də xatırlamır. Əməliyyatçılar yalnız onu dəqiqləşdirə biliblər ki, qadın psixiatrik müalicə müəssisələrindən birində qeydiyyatdadır. Hazırda qadınla bağlı məsələlər dəqiqləşdirilir.
Hüquq-mühafizə orqanları qeyd edirlər ki, xəstənin nitqi rabitəsizdir və davranışları qeyri-adekvatdır.