Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kanalda boğulan şəxsin qohumları tibb işçisini döydülər

© Sputnik / Irade JELILQabaqlar Şəkərli kəndinin sakinləri xəstəliklər mənbəyi olan kanalın suyundan istifadə etməyə məcbur idilər.
Qabaqlar Şəkərli kəndinin sakinləri xəstəliklər mənbəyi olan kanalın suyundan istifadə etməyə məcbur idilər. - Sputnik Azərbaycan
Abunə olmaq
Epilepsiya xəstəsi olan Akif Allahyarovun meyiti Qusar Rayon Mərkəzi xəstəxanasına aparılıb və tibbi ekspertizaya təhvil verilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Qusarda təsərrüfat sahəsini suvarmaq istəyən gənc kanalda boğularaq ölüb.

Hadisə bu gün saat 12-də Qusar rayonunun Hiloba kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Akif Allahyarov əkin sahəsini suvarmağa gedib. O, suyu açıb sahəyə buraxmaq istəyən zaman ürəyi tutub və kanala yıxılıb. Kənd camaatı onun köməyinə gedəndə, artıq gec olub.

Epilepsiya xəstəsi olan Akif Allahyarovun meyiti Qusar Rayon Mərkəzi xəstəxanasına aparılıb və tibbi ekspertizaya təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra açıqlanacaq.

Kənd camaatının sözlərinə görə, mərhumun qohumları Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili yardım briqadasını hadisə yerinə gec gəlməkdə ittiham ediblər və tibb işçisini döyüblər.

Hadisə ilə bağlı Qusar rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0