CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alkoqollu içkilər bahalaşacaq?

© Sputnik / Anar MustafayevЗастолье, фото из архива
Застолье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 21-də dərc olunmuş qərar gələn il yanvarın 23-də qüvvəyə minir

BAKI, 25 dekabr — Sputnik. Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan pivə və alkoqollu içkilərə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, gələn il yanvarın 23-də qüvvəyə minir. 

Qəzanın baş veridyi yer - Sputnik Azərbaycan
RUSİYA
"Bir şüşə araq içən uşaq"ın məsələsinə bu gün parlamentdə baxılacaq

İndiyə qədər səməni pivəsinin 1 litri üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litri üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm suslolarının 1 litri üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunub. Dəyişikliyə əsasən gələn il yanvarın 23-dən səməni pivəsinin 1 litri üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litri üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm suslolarının 1 litri üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərablarna aksiz dərəcəsi 1 litr üçün 2 manatdan 3,5 manata, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqlarına 1 litr üçün 2 manatdan 3.5 manata, denaturasiya olunmamış etil spirtinə (80 həcm % və ya çox spirt qatılığı ilə) 1 litr üçün 2 manatdan 4 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaralar, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər, diər spirtli içkilərə 1 litr üçün 6 manatdan 10 manata, həcm %-i 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinə 1 litr üçün 2 manatdan 4 manata qaldırılıb.

Xəbər lenti
0