Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İlin sonuncu möhtəşəm futbol şousu

© AFP 2022 / CURTO DE LA TORRE "Barselona" — "Real" (Madrid) matçı - Serxio Ramos (solda) və Lionel Messi
Barselona — Real (Madrid) matçı - Serxio Ramos (solda) və Lionel Messi - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Bugünkü matç əzəli rəqiblərin La Liqadakı 175-ci dueli olacaq

BAKI, 23 dekabr — Sputnik. Bu gün İspaniya La Liqasında ilin sonuncu “El-Klasiko”su keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, əzəli rəqiblər "Real Madrid" və "Barselona" liqanın XVII turu çərçivəsində “Santyaqo Bernabeu” stadionunda üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Ötən mövsüm ölkə liqasının, həmçinin kubokunun və Çempionlar Liqasının qalibi olan “Real Madrid” bu mövsüm çempionata yaxşı başlamayıb. Zinəddin Zidanın rəhbərliyindəki Madrid klubu hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider “Barselona”dan 11 xal geri qalır. Lakin "kral klubu"nun ehtiyatda daha  bir oyunu var. "Barcelona" isə ən yaxın izləyicisi “Atletiko Madrid”i 6 xal qabaqlayır.

Qeyd edək ki, bugünkü matç əzəli rəqiblərin La Liqadakı 175-ci dueli olacaq. Bunların 72-də madridlilər, 69-da isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə “Real Madrid”lə “Barselona” 270-ci dəfə qarşılaşacaqlar. Bunlardan 99-da paytaxt klubu, 110-da isə “göy-narıncılar” qələbə qazanıblar. 61 oyun isə bərabər bitib.

Xəbər lenti
0