Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğurladıqları əşyaları ucuz satıb yaxalarını qurtarmaq istədilər

© Photo : Neftçala RPİ mətbuat xidmətiRaqib Əzizova məxsus qarajdan oğurlanmış əşyalar
Raqib Əzizova məxsus qarajdan oğurlanmış əşyalar - Sputnik Azərbaycan
Abunə olmaq
Faktlarla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işləri başlanılıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Dekabr ayının 20-də Neftçala rayon sakini Raqib Əzizov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus qarajdan oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar həmin ünvana gələn Neftçala RPŞ-nin əməkdaşları müvafiq tədbirlər keçiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, qarajdan ümumi 4610 manat dəyərində məişət avadanlıqları oğurlanıb.

Bu barədə DİN-in mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə məlumat verilib.

© Photo : Neftçala RPİ mətbuat xidmətiTəqsirləndirilən şəxslər
Təqsirləndirilən şəxslər - Sputnik Azərbaycan
Təqsirləndirilən şəxslər

Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olmuş Vüsal Məmmədov və Adil Qəmbərov saxlanılıblar.

Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərin də üstü açılıb.

Belə ki, onlar ifadələrində rayon ərazisindəki qapısı bağlı evlərə girərək soyğunçuluq etdiklərini də etiraf ediblər. Oğurladıqları məişət əşyalarının bir qismini qiymətindən ucuz satıblar, müəyyən bir qismi isə maddi sübut kimi götürülüb. 

Арест, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Başabəla oğru çox uzağa qaça bilmədi

Eyni zamanda vətəndaşa məxsus evə girərək 1200 manat dəyərində kompüteri oğurlamaqda şübhəli bilinən rayon sakini Orxan Bayramov saxlanılıb. O, ifadəsində evin pəncərəsini sındırmaq yolu ilə daxil olduğunu və kompüteri oğurladığını etiraf edib. Oğurladığı kompüter başqa evin zirzəmisindən tapılaraq maddi sübut kimi götürülüb.

Əməliyyat tədbiri bununla da bitməyib. Həmin gün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus həyətyanı sahədən 10 metr olan 3 ədəd alüminium tor hasarları oğurlamaqda şübhəli bilinən rayon sakini Emin Həsənov saxlanılıb. Törətdiyi əməli etiraf edən E.Həsənov tor hasarları 35 manata satdığını etiraf edib. Həmin tor hasarlar araşdırma nəticəsində tapılaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işləri başlanılıb, istintaq gedir.

Xəbər lenti
0