Gürcüstan və Ukraynanı qarışdıran 50 yaşlı siyasətçi

© AP Photo / Shakh AivazovMixail Saakaşvili və Sandra Rulofs
Mixail Saakaşvili və Sandra Rulofs - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Mixeil Saakaşvili holland əsilli Sandra Rulofsla ailə həyatı qurub, Eduard və Nikiloz adlı iki övladları var. Ana dili ilə yanaşı ingilis, rus, fransız və Ukrayna dillərində sərbəst danışır

BAKI, 21 dekabr — Sputnik. Bu gün Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa keçmiş qubernatoru Mixeil (Mixail) Saakaşvilinin doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, Mixeil Saakaşvili 1967-ci il dekabrın 21-də Tbilisidə doğulub.

Михаил Саакашвили - Sputnik Azərbaycan
Saakaşvili Ukrayna prezidentini istefaya çağırdı, əks halda...

O, ali təhsilini Ukraynada alıb, Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 2003-cü ilin oktyabrında Gürcüstanda baş verən "Qızılgül inqilabı" nəticəsində hakimiyyətə gəlib, 2004-2013-cü illərdə Gürcüstan prezidenti postunu tutub. Prezidentlik müddəti başa çatandan sonra ölkəsini tərk edib. Buna vətənində onun barəsində bir neçə maddə ilə bağlı cinayət işi açılması səbəb olub.

2014-cü ildə Ukrayna siyasətinə atılan Saakaşvili prezident Petro (Pyotr) Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib və ona Ukrayna vətəndaşlığı verilib. Lakin bir qədər sonra Ukrayna hakimiyyətinin rəhbərliyi ilə münasibətləri pozulan Saakaşvili vəzifəsindən istefa verib.

Poroşenko onu vətəndaşlıqdan məhrum etsə də, qanunsuz olaraq ölkə ərazisinə keçən Saakaşvili tezliklə həbs olunub. Bir neçə gün sonra buraxılaraq prezidentin istefası tələbi ilə aksiyaya başlayıb.

Mixeil Saakaşvili holland əsilli Sandra Rulofsla ailə həyatı qurub, Eduard və Nikiloz adlı iki övladları var. Ana dili ilə yanaşı ingilis, rus, fransız və Ukrayna dillərində sərbəst danışır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала