Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN vağzalda işini yekunlaşdırmaq üzrədir - SON DƏQİQƏ

© Photo : REPORT“Azərbaycan Dəmir Yolları”nın və “ASAN Xidmət”in işçiləri təxliyyə olunub
“Azərbaycan Dəmir Yolları”nın və “ASAN Xidmət”in işçiləri təxliyyə olunub - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 21 dekabr — Sputnik. "Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları içəridədir, axtarış davam edir". Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Dəmir Yolları”nın və “ASAN Xidmət”in işçiləri təxliyyə olunub - Sputnik Azərbaycan
HADİSƏ
"Azərbaycan Dəmir Yolları"dan bomba xəbəri barədə rəsmi açıqlama

Bildirilib ki, yaxın dəqiqələrdə FHN əməkdaşlarının işlərini yekunlaşdıracağı gözlənilir: "Bomba həyacanı yaşandı. Yalan, doğru olduğunu bilmirik. Hamı yığılıb gözləyir".

Xatırladaq ki, Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub. Vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir. Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.

"Ərazidə axtarışlar davam edir. Hələlik heç nə tapılmayıb". Bunu Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

"Saat 12.00-da məlumat mərkəzinə məlumat daxil olub ki, vağzal ərazisindəki restoranlardan birinə bomba qoyulub. Guya, bomba "Pitsa Hot" restoranına qoyulub. Dərhal ərazi qapadılıb. Axtarış aparılır. FHN əməkdaşları axtarışa cəlb edilib" — deyə Qədirova bildirib.

Xəbər lenti
0