Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Azərbaycan Dəmir Yolları"dan bomba xəbəri barədə rəsmi açıqlama

© Photo : REPORT“Azərbaycan Dəmir Yolları”nın və “ASAN Xidmət”in işçiləri təxliyyə olunub
“Azərbaycan Dəmir Yolları”nın və “ASAN Xidmət”in işçiləri təxliyyə olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Sevinc Qədirova: "Məlumat daxil oldu ki, vağzal ərazisindəki restoranlardan birinə bomba qoyulub"

BAKI, 21 dekabr — Sputnik. "Ərazidə axtarışlar davam edir. Hələlik heç nə tapılmayıb". Bunu Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

Бакинский железнодорожный вокзал после реконструкции и модернизации - Sputnik Azərbaycan
HADİSƏ
Bakı vağzalına bomba qoyulması xəbəri yayıldı, əhali təxliyə edildi

"Saat 12.00-da məlumat mərkəzinə məlumat daxil olub ki, vağzal ərazisindəki restoranlardan birinə bomba qoyulub. Guya, bomba "Pitsa Hot" restoranına qoyulub. Dərhal ərazi qapadılıb. Axtarış aparılır. FHN əməkdaşları axtarışa cəlb edilib" — deyə Qədirova bildirib.

Xatırladaq ki, Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub. Vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir. Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.

Xəbər lenti
0