Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Adil Əliyev adının böyük qalmaqalda hallanmasına münasibət bildirdi

© Photo : APAДепутат Милли Меджлиса АР Адиль Алиев, фото из архива
Депутат Милли Меджлиса АР Адиль Алиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Məqalə yazılarkən mənim mövqeyim dərc olunmayıbsa, məndə yazının sifariş olduğu şübhəsi qalmır"

BAKI, 20 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, Səbail rayonu Bayıl qəsəbəsi Qurban Abbasov küçəsi 42 ünvanında fərdi həyət evləri "Dönüş" MMC tikinti şirkəti tərəfindən sökülür. Sakinlərə konpensasiya təklif edilmədən, onlarla heç bir razılığa gəlinmədən evləri uçurulur.

Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
HADİSƏ
Qalmaqallı iş adamı Bakıda yenə "fırtına" qopardı

Bəzi saytlarda yer alan iddialara görə, sözügedən tkinti şirkəti millət vəkili Adil Əliyevə məxsusdur. Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili məsələdə adının hallanması ilə bağlı öz "Facebook" səhifəsində münasibətini bildirib. O qeyd edib ki, 19 dekabr 2017-ci il tarixində virtualaz.org saytında, "Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: Bir də gördük evin damını uçururlar…" başlıqlı məqalədə adının hallanmasına təəssüf edir.

"Məqalədə adımın əsassız çəkilməsi və guya şirkətin mənə məxsus olması iddiası cəfənfiyyatdır. Burada obyektivlik pozulub. Məqalə yazılarkən mənim mövqeyim dərc olunmayıbsa, məndə yazının sifariş olduğu şübhəsi qalmır" — A.Əliyev yazıb.

"Mətbuatda çalışan dostlarım yaxşı bilirlər ki, mediaya açıq insanam. Əgər sayt mənim əleyhimə məqsədyönlü fikir formalaşdırmağı qarşısına məqsəd qoyubsa, indidən deyim ki, düz ünvan seçməyiblər. Biz belə insanlara sağlam şəkildə millətimizə və dövlətimizə xidmət etməklə cavab verəcəyik" — deyə millət vəkili əlavə edib.

Xəbər lenti
0