Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qalmaqallı iş adamı Bakıda yenə "fırtına" qopardı

© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda növbəti söküntü qalmaqalı: sakinləri heç kim dinləmir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. Uzun müddətdir ki, paytaxtın müxtəlif ərazilərində söküntü-tikinti işləri aparılır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə köhnə binalar sökülüb yeniləri ilə əvəz edilməli və sakinlər yeni mənzillərlə təmin edilməlidir.

Söküntü - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtın mərkəzi rayonunda kütləvi etiraz

Qərarda, həmçinin qeyd edilir ki, qəzalı vəziyyətdə olan binaları söküb, yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri yeni yaşayış binası tikilənədək köçürülən sakinlərin kirayə pulunu ödəməli və həmin sakinlərə yeni tikiləcək binada müvafiq mənzillər ayrılmalıdır. Və bütün bu proses hüquqi və fiziki şəxslərin razılığı ilə həyata keçirilməlidir.

O da nəzərdə tutulur ki, hüquqi və fiziki şəxslərin razılığı ilə mülkiyyətlərində və ya istifadələrində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq dəyəri ödənilməklə əldə edilməsi və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır.

Ancaq təəssüf olsun ki, bəzi tikinti şirkətləri və onların himayədarları olan rayon icra hakimiyyətləri heç də hər zaman müvafiq qərarın bəndlərini nəzərə almır. Belə xoşagəlməz hallar da sakinlərin ciddi etirazına səbəb olur, hətta aksiyalar keçirilməsi ilə nəticələnir.

© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
1/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
2/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
3/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
4/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
5/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
6/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
7/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
8/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
9/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
1/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
2/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
3/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
4/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
5/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
6/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
7/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
8/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
9/9
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər

Bu gün Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 42 ünvanının sakinləri də evlərinin yerində söküntü və tikinti işləri aparan "Dönüş" MMC-dən və Səbail Rayon İcra Hakimiyyətindən narazılıqlarını dilə gətirmək üçün etiraz aksiyası keçiriblər.

Etiraz edən sakinlərdən Karina Əliyeva Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində başlarına gələnləri anladıb: "İllərdir bu ünvanda yaşayıram. Onlar mənə deyirlər ki, "sənin evin 40 m2-dir və sənə 25 faiz əlavə yer verəcəyik. Həqiqətdə isə mənim mənzilim 65 m2-dir".

"Burada tək yaşayan insanlar var idi. Onları nə gücünə çıxarırlar, bilmirik. Onların evini artıq sökməyə başlayıblar. Söküntü zamanı digər evlərə də zərər dəyib. Qışın günündə bunu necə edirlər, başa düşə bilmirik" — sakin deyir.

Karina Əliyevanın sözlərinə görə, bu narazılıq bir neçə aydır ki, davam edir. Amma bu günə qədər onlara dəqiq fikir bildirən olmayıb. Həmin ərazi üçün müxtəlif insanlar sakinlərə yaxınlaşsa da, hərə bir vəd verərək gedib.

İndi isə "Dönüş" MMC adlanan tikinti şirkətinin Əli Həsənov adlı rəhbəri sakinlərdən evlərindən çıxmağı tələb edir. Sakinlər iddia edirlər ki, Ə.Həsənov onlara "Ya xoşluqla çıxacaqsınız, ya da elə şərait yaradılacaq ki, özünüz məcbur olub gedəcəksiniz" deyib.

K. Əliyeva bildirir ki, onların istəyi yeni mənzillə təmin olunmaqdır: "Evimdə çox əşyam var. Mən bunları kirayələrə necə sürüyüm? Yaxınlıqda da bir çox mənzil sökdülər, amma sökməmişdən qabaq həmin sakinləri mənzillə təmin etdilər, heç narazılıqları da olmadı. Mən də yeni mənzil istəyirəm. Yaşlı adamam, iki övladım var. Onlar niyə evsiz-eşiksiz qalmalıdır ki?"

Digər şikayətçi İsmayıl Namazovun dediyinə görə, şirkətin əməkdaşları yaşlı-cavan bilmədən onlarla istədikləri kimi davranır, ərazinin şirkətə aid olduğunu və yeni bina tikildiyi halda, onlara evlərinin həcmindən 25 faiz artıq ölçüdə mənzil veriləcəyini deyirlər.

Şikayətçi sakin Sara Poladova onkoloji xəstə olduğunu bildirərək qeyd edir ki, həyəcanlanmaq onun səhhəti üçün təhlükəli olsa da, hər günü həyəcanla keçir: "Qorxuruq ki, evlərimizi sökərlər. Qalarıq ortalıqda".

Digər sakinlər Bəsti Daşdıyeva, Almazxanım İbrahimova, Minayə Məmmədova və başqaları da öz mənzillərindən çıxmaq istəmədiklərini deyir və onlarla hüquqi şəxslər danışmasını tələb edirlər.

Qeyd edək ki, sözügedən ərazidə hazırda 10-a yaxın ailə yaşayır. 4 fərdi yaşayış evi söküldüyü üçün digər evlər də qəzalı vəziyyətə düşüb. Sakinlər kimə şikayət etməli olduqlarını belə, bilmirlər. Bildirirlər ki, Səbail Rayon İcra Hakimiyyətindən Abid adlı şəxs ara-sıra əraziyə gəlir, lakin sakinləri dinləmir.

Sökülmüş mənzil - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda qalmaqal: Hökumətin "sökmə" dediyini sökən peyda olub

Ərazidə yaşayanlar əvvəllər bu ərazidə həyət evlərinin və kiçik bloklu mənzillərin olduğunu deyirlər. Ərazi yavaş-yavaş söküldüyü üçün sakinlər heç vaxt öz şikayətlərini dilə gətirə bilməyib. Böyük problem isə bu ayın 5-dən başlayıb. Dediklərinə görə, dəfələrlə Daxili İşlər Nazirliyinin 102 çağrı xidmətinə və ərazi üzrə polis bölmələrinə şikayət etsələr də, onları eşidən olmayıb.

Ayın 5-dən isə ərazidə söküntü işləri yenidən başlanıb. Sakinlər onu da iddia edirlər ki, "Dönüş" MMC-nin rəhbəri Əli Həsənovun əraziyə aid heç bir sənədi yoxdur və niyyəti onları aldatmaq və evlərinə sahib olmaqdır.

Məsələ ilə əlaqədar "Dönüş" MMC ilə əlaqə saxlamaq istəsək də, axtarış sistemlərində şirkətin nə adına, nə ünvanına, nə də əlaqə nömrələrinə rast gəldik. Ancaq onu öyrənə bildik ki, "Dönüş" MMC-nin rəhbəri həm də Nəsimi rayonu Süleyman Rüstəm 193 ünvanında sakinlərlə mübahisəli olan "Rifah Plaza" MMC-nin rəhbəridir.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin mövqeyini də öyrənmək istədik. Lakin zənglərimiz cavabsız qaldı.

Xəbər lenti
0