CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sovet dövrünün maraqlı praktikası yenidən tətbiq olunacaq

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidStəkanda süd
Stəkanda süd - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları"nı təsdiq edib

BAKI, 19 dekabr — Sputnik. Zərərli iş yerlərində çalışan işçilərə iş vaxtı 0,5 litr pulsuz süd veriləcək. İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları"nda əksini tapıb.

Bu Qaydalar "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı"na uyğun olaraq, işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi qaydalarını müəyyən edir. Bu Qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün müəssisələrdə tətbiq edilir. 

Прохожие на улице Низами в Баку - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Hökumət qurumu müsabiqə elan etdi

Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş "İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı" ilə müəyyən edilmiş iş yerləri iş yerlərinin attestasiyasının nəticələrinə əsasən xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə, bu iş yerlərində çalışan işçilərə müvafiq rasion üzrə pulsuz müalicə-profilaktik yeməklər, həmin iş yerləri zərərli və ağır qiymətləndirildikdə isə süd və ona bərabər tutulan məhsullar verilir. Həyata keçirilən əməyin mühafizəsi tədbirləri nəticəsində iş yerlərinin attestasiyası zamanı zərərli və ağır əmək şəraitinin aradan qaldırıldığı müəyyən edildikdə, işçilərə müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi dayandırılır.

Əmək şəraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd veriləcək. Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır. Pulsuz müalicə-profilaktik yemək verilən işçilərə süd verilmir. Pulsuz müalicə-profilaktik yeməklər iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə və ya yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir. Süd və ona bərabər tutulan məhsullar iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya-gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və ya yeyilməlidir. Zülal hesabı ilə aşağıdakı yeyinti məhsulları 0,5 litr südə bərabər tutulur və süd əvəzinə onların verilməsinə yol verilir:

— qatıq məhsulları (kefir və s.) — 500 qram;

— kəsmik, xama — 150 qram;

— yağlılığı 24 faizindən az olmayan pendir — 60 qram. 

Эмблема Бакинского метрополитена на стене станции Мемар Аджеми-2 - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı Metropolitenində işçilərin işdən azad edilməsi nə ilə bağlıdır

Südün əvəzinə bu Qaydalarla müəyyən edilməyən digər yeyinti məhsullarının verilməsinə icazə verilmir. Qurğuşunun qeyri-üzvi birləşmələri ilə daimi təmasda olan işçilərə süd əvəzinə qatıq verilməsi tövsiyə edilir və onlara süddən və ya qatıqdan əlavə saflaşdırılmış və konservləşdirilmiş bitki mənşəli yeyinti məhsulları, meyvə şirəli içkilər şəklində 2 qram pektin verilməlidir (pektinin faktiki miqdarı istehsalçı zavod tərəfindən malın üstündə göstərilən faizlə müəyyən edilir). Bu miqdarda pektini əvəz etmək məqsədi ilə işçilərə kələmdən, yerkökündən, ağ turpdan, qırmızı turpdan, çuğundurdan hazırlanmış salat və ya tərkibində 250-300 milliqram mət olan natural meyvə şirələri verilməsinə icazə verilir. Tərkibində pektin olan yeyinti məhsulları, meyvə şirələri, içkilər işə başlamazdan qabaq verilməli və iş gününün başlanğıcında içilməli və ya yeyilməlidir. Antibiotiklərin istehsalında və emalında çalışan işçilərə süd əvəzinə qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilməlidir. Bu Qaydalarla müəyyən edilmiş normalar dövlət təminatının minimum normalarıdır. Bu normalar çərçivəsində işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər buraxılan məhsulun və ya göstərilən xidmətin maya dəyəri xərclərinə aid edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər gəlirdən çıxılan xərclərin tərkibində nəzərdə tutulmaqla ödənilir. Kollektiv müqavilələrdə, kollektiv müqavilənin bağlanılmadığı hallarda isə əmək müqaviləsində və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla bu Qaydalarla müəyyən edilmiş normalardan yüksək miqdarda, habelə bu Qaydalar şamil edilməyən zərərli və ağır əmək şəraitli iş yerlərində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi nəzərdə tutularsa, normadan artıq xərclər məhsulun maya dəyərinə daxil edilmir və müəssisənin gəliri hesabına ödənilir.

Xəbər lenti
0