CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yol polisinin səlahiyyəti "ASAN xidmət"ə verilsin"

© Sputnik / Murad OrujovСотрудники ДПС в Баку
Сотрудники ДПС в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Yol hərəkəti qaydalarını tənzimləyənlər öz hərəkətlərinə necə nəzarət edir?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Son günlər sürücü-yol polisi münasibətləri yenidən gündəmə gəlib. Hər zaman müzakirə obyekti olan bu məsələni nəzərə alaraq Sputnik Azərbaycan sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. "Yol polisinin sürücülərə qarşı davranışlarından razısınız? Sizi narahat edən hansı məqamlar mövcuddur?" suallarına istifadəçilərin cavabları müxtəlif olub.

Конференция на тему “Рост смертельных происшествий на дорогах и их профилактика” - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülərə xoş xəbər: DYP geri çəkildi, məhdudiyyətlər ləğv edildi

Günel Hüseynli: "Bəzi yol polislərindən razıyam, bəzilərindən isə yox. Yaxşılarını çıxsaq, yerdə qalanları "burda mənəm, Bağdadda kor xəlifə" misalına uyğun hərəkət edirlər. Bir az da gülərüz olsalar, yaxşıdır. Ən əsası isə sürücüyə ov kimi baxmalarıdır.

Şahin İsmayılov: "Çox nadir hallarda yol polisi ilə ünsiyyətim olur. Bu günə kimi əsassız saxlanma halı ilə üzləşməmişəm. Məni DYP əməkdaşı saxladıqda isə müəyyən etik normalara əməl edirlər. Günahsız olduğumu sübut edə biləndə, sağollaşıb gedirlər. Vay o günə ki, günahsız olduğunu sübut edə bilməyəsən. "Konsert" onda başlayır".

Orxan Kərimov: "Ümumiyyətlə, istənilən halda vətəndaşın yol polisi ilə kobud danışması, bəzi hallarda isə təhqir etməsi yolverilməzdir. Lap deyək yol polisi vətəndaşı heç bir qayda pozuntusu etmədiyi üçün saxlayıb, bu, ona əsas vermir ki, vətəndaş yol polisinə kobud şəkildə etirazını bildirsin. Vətəndaş təvazökarlıqla, öz şirin dili ilə yol polisi ilə dialoq qursa, hər iki tərəf razı halda sağollaşarlar. Yol polisi də bizim kimi bir vətəndaşıdır".

Firdovsi Xəlilov: "DYP əməkdaşları əksər hallarda şərait yaradırlar ki, qayda pozuntusu baş versin və onlar da "iş tutsunlar". Hədsiz dərəcədə süründürməçiliyə yol verirlər. Bir çox dövlət qurumları belə bürokratik süründürməçiliklə artıq 5-6 il əvvəl vidalaşıb. "Çörək ağacları" olan qeydiyyat alınıb "ASAN Xidmət"lərdə olmalıdır ki, sürücülər də xidmətin necə olduğunu görsünlər. Əgər sürücü hüququnu bilmirsə, yuxarı vəzifədə işləyən tanışı yoxdursa, yol polisləri onu basıb əzəcəklər, hansı ki, polis vətəndaşın təhlükəsizliyini təmin etməlidir. Qaydalara əməl etmirlər, özləri qətiyyən qanuna hörmət etmir və vəzifələrindən istifadə edib nümayişkaranə şəkildə qayda pozurlar. Camaat isə "iş verən deyilik" prinsipi ilə göz yumur. Yaxşı hal isə ondan ibarətdir ki, son 2-3 ildə əvvəllər olduğu kimi günahsız yerə heç kim saxlanılmır. Gənc zabitlərimiz olduqca nəzakətli və əksərən savadlı kadrlardır".

Bakıda DYP avtomobili. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülərlə kobud rəftarın nəticəsi: Yüzlərlə yol polisi cəzalandırılıb

Aynur Şahkərimova: "DYP əməkdaşı məni cəmi bir dəfə "Ekologiya postu"nda saxlayıb, o da qanunsuz olaraq. Mən də qanunu pozmadığımı və ondan 102-ə şikayət edəcəyimi bildirdim, sənədlərimi qaytardı".

Əmrah Fəqanoğlu: "Ümumilikdə, yol polisindən razı deyiləm. Çünki əksər yol polislərinin sürücü ilə davranışları məni qane etmir. Bəziləri hədə-qorxu gəlir, özlərini çox yuxarıdan aparırlar. Sürücü olaraq çox az polis əməkdaşının fəaliyyətindən razıyam. Belələri nəzakətli davranış göstərir, sıxlıq, tıxac olan yerlərdə hərəkəti cani-dildən tənzimləyirlər".

Rumiyyə Miraslan: "İndi DYP əməkdaşlarının əksəriyyəti çalışır ki, sürücülərlə çox mədəni davransınlar. Yardım edirlər, əllərindən gələni əsirgəmirlər. Xüsusən də gənc yol polislərinin arasında belələri çoxdur. Aqressiv və kobud davrananlar isə daha çox "yekəqarın", yaşlı yol polisləridir. O üzdən, "yekəqarın"ları təqaüdə göndərsələr, əla olar".

Şəfayət Əliyev: "Ümumiyyətlə bizdə qarşılıqlı mədəniyyət problemi mövcuddur. Yol polisi sürücüyə necə müraciət edirsə, o cür də qarşılıq görür. Bu da sonda əsassız mübahisələrə zəmin yaradır".

Xəbər lenti
0