CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərə xoş xəbər: DYP geri çəkildi, məhdudiyyətlər ləğv edildi

© Sputnik / Murad OrujovКонференция на тему “Рост смертельных происшествий на дорогах и их профилактика”
Конференция на тему “Рост смертельных происшествий на дорогах и их профилактика” - Sputnik Azərbaycan
Abunə olmaq
Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparmaqla bağlı icazə məhdudiyyəti ləğv edilir

BAKI, 17 noyabr — Sputnik. Azərbaycanda nəqliyyat vasitələrinin saxlanılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı və banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparmaqla bağlı icazə məhdudiyyəti ləğv edilir.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsinə (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə), 345-ci maddəsinə (2-ci bənd — banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası təyin olunma) dəyişiklik müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişiklikdə bildirilir ki, təcrübəyə əsasən, 345-ci maddədə ləğv edilməsi təklif edilən 2-ci bənd tətbiq olunmur. Bu bəndin tətbiqinə ehtiyac olmadığından çıxarılması təklif edilir. Qeyd olunur ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin, ehtiyyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkarlanmasına imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.

Layihə səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0