CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ döyüşçüsü məktəblilərə gerçək hərbi həyatdan danışdı

© Mahirə Əmirhüseynova / Mediabanka keçid"Gələcəyin sağlam əsgəri" layihəsi çərçivəsində keçirilən tədbir
Gələcəyin sağlam əsgəri layihəsi çərçivəsində keçirilən tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Amil Şirinli: "Bizim tənbəllik etməyə, üzərimizə düşən məsuliyyətə xor baxmağa ixtiyarımız yoxdur"

BAKI, 19 dekabr — Sputnik. Bakıdakı 7 saylı məktəbdə gənc fəal Amil Şirinlinin icra etdiyi "Gələcəyin sağlam əsgəri" fərdi layihəsi çərçivəsində tədbir keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, layihənin rəhbəri Amil Şirinli tədbirdə Azərbaycan dövlətinin gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün ən yüksək səviyyədə şərait yaratdığını deyib.

"Biz də gənclər – yetişməkdə olan nəsil olaraq bu imkandan layiqincə istifadə etməli, dövlətin etimadını doğrultmalıyıq. Azərbaycan gənci elə yetişməlidir ki, onun sonrakı taleyi, görəcəyi işlər daim dövlətimizə və xalqımıza üz ağlığı gətirsin. Bizim tənbəllik etməyə, üzərimizə düşən məsuliyyətə xor baxmağa ixtiyarımız yoxdur" — deyə Amil Şirinli bildirib.

Səbail rayon İcra hakimiyyətinin ictimai-siyasi və humаnitаr məsələlər şöbəsinin təmsilçisi Vətən Rüstəmli çıxışında dövlətin gənclər siyasəti, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün görülən işlər, Səbail rayonunda bu yöndə həyata keçirilən layihələrdən danışıb.

“Gələcəyin sağlam əsgəri” tədbiri - Sputnik Azərbaycan
Amil Şirinli: Orduda xidmət edəcək sağlam gənclik yetişdirməliyik

Məktəbin direktoru Könül Həsənova isə deyib ki, gənclərin maarifləndirilməsinə dövlətin bu qədər diqqət ayırması əlavə imkanlar deməkdir: "Gərək bu imkanlar layiqincə dəyərləndirilsin və hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin. Əks təqdirdə biz sabahımız haqqında əminliklə danışa bilmərik".

I Qarabağ müharibəsi iştirakçısı, "701 saylı Hərbi Hissənin Veteranları" İctimai Birliyinin sədri, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizaga Qənizadə isə bir peşəkar hərbçi, Qarabağ döyüşçüsü və həqiqi vətənpərvər kimi öz təcrübəsindən danışıb, gerçək hərbi həyatla bağlı fikirlərini paylaşıb. Onun canlı örnək olaraq tədbirdə iştirakı xüsusi maraqla qarşılanıb.

Tədbirin sonunda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, "Gələcəyin sağlam əsgəri" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir.

Xəbər lenti
0