Amil Şirinli: Orduda xidmət edəcək sağlam gənclik yetişdirməliyik

© Mahirə Əmirhüseynova / Mediabanka keçid“Gələcəyin sağlam əsgəri” tədbiri
“Gələcəyin sağlam əsgəri” tədbiri - Sputnik Azərbaycan
Abunə olmaq
"Gələcəyin sağlam əsgəri" tədbiri keçirilib

BAKI, 15 dekabr — Sputnik. "Məqsədimiz orduda xidmət edəcək sağlam gəncliyin formalaşdırılmasıdır. Gənclər hər zaman, hər yerdə aparıcı qüvvədir. Sağlam gənclik isə dövlətin gələcəyinin təminatıdır".

Bu fikirləri Bakı şəhərindəki 91 saylı məktəbdə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gələcəyin sağlam əsgəri" layihəsi çərçivəsində keçirilən tədbirdə layihənin rəhbəri Amil Şirinli deyib.
O, belə təşəbbüslərin dəstəklənməsinin gənclər arasında vətənpərvərlik hisslərini gücləndirəcəyini deyib.

"Bu tədbirlər yetişməkdə olan nəslin özünə inam hissinin güclənməsinə səbəb olur. Gənclər arxalarında dövlətin dəstəyini gördükdə sabaha ümidləri daha da möhkəmlənir" — deyən Şirinlinin fikrincə, gənclərimizin hərtərəfli inkişafı üçün dövlət gənclər siyasəti çərçivəsində geniş imkanlar yaradılır.

Məktəbin direktoru Svetlana Zülfüqarova da dövlətin gənclərə qayğısı, hərbi vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

© Mahirə Əmirhüseynova / Mediabanka keçid“Gələcəyin sağlam əsgəri” tədbiri
“Gələcəyin sağlam əsgəri” tədbiri  - Sputnik Azərbaycan
“Gələcəyin sağlam əsgəri” tədbiri

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin eksperti Emin Həsənli isə deyib ki, Azərbaycan gəncliyi yaradılmış münbit hüquqi bazaya söykənərək ölkəmizin çiçəklənməsində mühüm rol oynayır.

"Bu göstərici istər elm, səhiyyə və mədəniyyət kimi bir çox sahələrdə, istərsə də ordu quruculuğunda müşahidə olunur. Bu kriteriya ilə gənclərin ordumuzun daha da möhkəmlənməsində xidmətini gücləndirmək hər zaman diqqət mərkəzində saxlanılır" — deyə Emin Həsənli bildirib.

"Gələcəyin sağlam əsgəri" layihəsinin əsas məqsədi Azərbaycan ordusunda xidmət edəcək gənclərin xidmətə başlamazdan öncə ideoloji və psixoloji hazırlığının təmin edilməsinə yardımçı olmaqdır. Layihə çərçivəsində tədbirlər davam edəcək.

Xəbər lenti
0