CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin nəzərinə: Diqqətli olun

© Photo : Baku City Circuit Асфальтное покрытие на трассе Baku City Circuit, Архивное фото
Асфальтное покрытие на трассе Baku City Circuit, Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobilləri saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər

BAKI, 19 dekabr — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin ətrafına təhlükəsizlik baryerlərini quraşdırmağa başlayır.

Bakı Şəhər Halqasından Sputnik Azərbaycan-a verilən məlumata görə, əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırmaq istəyir ki, bu həftədən başlayaraq Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissəsinə baryerlər quraşdırılacaq. Sürücülərdən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobilləri saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.

Rikardo - Sputnik Azərbaycan
İDMAN
"Formula 1" ulduzundan Qurban Qurbanova hədiyyə

BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer ötən yarışla müqayisədə növbəti yarışa hazırlıq işlərinin daha az vaxt aparacağını bildirib: "Biz növbəti dəfə Formula 1 yarışına yüksək səviyyədə ev sahibliyi etmək üçün artıq tikinti-quraşdırma işlərinin aparılması üçün hazırlıqlara start veririk. Əldə etdiyimiz təcrübələr sayəsində hazırlıq işlərinə hər ötən il daha az vaxt sərf edirik. 

Bu il tikinti-quraşdırma işləri ötən illə müqayisədə xeyli az olacaq. Belə ki, Paddok binası hazır vəziyyətdədir və həmçinin bu il qənbər daşlı hissə başda olmaqla bütövlükdə trek boyunca yeni asfalt qatının salınmasına ehtiyac olmayacaq. Bundan başqa, yarış həftəsonu üçün nəzərdə tutulan bəzi yerüstü keçidlər də ötən yarışdan etibarən şəhər sakinlərinin istifadəsindədir.

Digər tərəfdən çalışırıq ki, yarışa hazırlıq çərçivəsində gördüyümüz bütün işlərdə şəhər sakinlərinin rahat və fasiləsiz hərəkəti təmin olunsun. Fürsətdən istifadə edərək bütün paytaxt sakinlərini yenidən möhtəşəm Formula 1 yarışına ev sahibliyi etmək üçün birgə səy göstərməyə və qarşılaşılan çətinlikləri anlayışla qarşılamağa dəvət edirəm". 

Formula-1 - Sputnik Azərbaycan
İDMAN
Növbəti Formula 1 yarışı üçün bilet satışına başlanılır

Qeyd edək ki, yarışla əlaqədar aparılan tikinti-quraşdırma işlərinin əsasən iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ martın sonunadək davam edəcək və bu mərhələdə trekin bəzi hissələrində asfalt qatında bərpa işləri aparılmaqla yanaşı trek boyunca təhlükəsizlik baryerlərinin əksəriyyəti də quraşdırılacaq. Həmçinin martın əvvəllərində trek ətrafında tribunalar və digər müvəqqəti tikililərin inşasına başlanacaq.

İkinci mərhələ martın sonundan yarış həftəsinədək davam edəcək və bu mərhələdə avtomobil yolları açıq saxlanılmaqla trekin qalan hissələrinə təhlükəsizlik baryerləri quraşdırılacaq, trek ətrafında digər müvəqqəti obyektlərin quraşdırılması davam etdiriləcək və trek yarışa tam hazır vəziyyətə gətiriləcək.

Xəbər lenti
0