Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Sürətin nəbzini jurnalistlərlə "tutdular"

© Photo : BŞH mətbuat xidmətiSürətin nəbzini tut 2 adlı təlim
Sürətin nəbzini tut 2 adlı təlim - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan Agentliyinin əməkdaşı da təlimdə iştirak edib

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Artıq bir neçə ildir ki, Azərbaycanda dünyaca məşhur olan və ən çox izlənilən "Formula 1" yarışları keçirilir. Sevindirici haldır ki, cəmi iki dəfə keçirilməsinə baxmayaraq, qısa zaman kəsiyində Bakı treki həm "Formula 1" komandaları arasında sevildi, həm də "Formula1" azarkeşlərini cəlb edə bildi.

Etiraf etmək lazımdır ki, Bakı trekinin dünyaya və yerli əhaliyə tanıdılmasında əsas vasitəçi mediadır. İstər televiziya və radio, istərsə də qəzet, onlayn media olsun. Hər biri öz növbəsində, əhatə etdiyi izləyici kütləsinə bu idman növünü təbliğ etdi və nəticədə "Formula 1" tanınmağa başladı.

© Photo : BŞH mətbuat xidmətiSürətin nəbzini tut 2 adlı təlim
Sürətin nəbzini tut 2 adlı təlim - Sputnik Azərbaycan
Sürətin nəbzini tut 2 adlı təlim

Heç kimə sirr deyil ki, bu idman növü Azərbaycan əhalisi üçün yeni idman növü idi. Bu zaman həm Bakı Şəhər Halqasının, həm də yerli media qurumlarının üzərinə böyük iş düşürdü. Maraqlısı o idi ki, media üçün də "Formula 1" idman növü yeni idi. Azərbaycanda əksər media nümayəndələri oxucu az olduğu üçün bu idman növü haqqında materiallar işləmirdi.

Təbii ki, "Formula 1"-dən yazmaq üçün həm də bu idman növü haqqında kifayət qədər məlumata malik olmaq lazımdır. Sürət sevən oxucuları daima yeni xəbərlər ilə sevindirmək media işçiləri üçün bir qədər araşdırma aparmalarına səbəb olurdu. Bakı Şəhər Halqası rəhbərli də yaranmış problemi yaxşı bilirdi. Bakıda "Formula 1" yarışlarını keçirən Bakı Şəhər Halqasının rəhbərliyi bunları nəzərə alaraq jurnalistlərin "Formula 1" oyunlarını dərindən bilmələrinə kömək olmaq üçün təlimlər təşkil edir. Təlimdə "Formula 1" idman növündən uzun illər yazan peşəkar jurnalistlər yerli media nümayəndələrinə təlim zamanı öz təcrüblərini bölüşürlər.

© Photo : BŞH mətbuat xidmətiSürətin nəbzini tut 2 adlı təlim
Sürətin nəbzini tut 2 adlı təlim  - Sputnik Azərbaycan
Sürətin nəbzini tut 2 adlı təlim

Nəhayət, 13-14 dekabr tarixlərində çoxdan gözlənilən "Sürətin nəbzini tut 2" adlı təlim baş tutdu. Bu təlimdə uzun illərdir "Formula 1"-dən yazan peşəkar jurnalist Kris Medland jurnalistlər ilə öz təcrübəsini bölüşdü. O, illər ərzində "Formula 1"- dən yazarkən qarşılaşdığı çətinliklər və bu vəziyyətdən çıxma yollarını, yarışlarda olan vacib məqamları və digər hallar haqqında geniş məlumat verdi. Avtoidman jurnalisti təlimin sonunda verdiyi məlumatların nə dərəcədə yadda qaldığını yoxlamaq üçün jurnalistlər arasında kiçik yarışma da keçirdi.

© Photo : BŞH mətbuat xidmətiSürətin nəbzini tut 2 adlı təlim
Sürətin nəbzini tut 2 adlı təlim - Sputnik Azərbaycan
Sürətin nəbzini tut 2 adlı təlim

Təlimin ikinci günü isə məşhur jurnalist, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdman jurnalistikası" fakültəsinin müəllimi, təlimçi Dan Mason yerli media nümayəndələrinə yarışı izləmək və yarış haqqında geniş informasiya toplayıb xəbərə çevirməyin yollarını jurnalistlərə öyrətdi. Eyni zamanda, sosial şəbəkələrdən səmərəli istifadə sirlərini jurnalistlər ilə bölüşdü.

Sonda müxbirlər öyrəndikləri yenilikləri gələcəkdə xəbər hazırlığı zamanı istifadə edəcəklərini bildirdilər.

Qeyd edək ki, Sputnik Azərbaycan İnformasiya Agentliyinin əməkdaşı da təlimdə iştirak edib.

Xəbər lenti
0