Tramp miqrantları çox pis təhqir elədi

© AP Photo / Susan WalshПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Onlar öz adamlarını zibil kimi tullayırlar"

BAKI, 16 dekabr — Sputnik. Donald Tramp "Green Card"la gələn miqrantları zibillə müqayisə edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın prezidenti çıxışı zamanı miqrantlar məsələsinə toxunub.

Belə ki, o, ölkəyə immiqrasiya viza lotereya proqramı çərçivəsində gələn insanlar barəsində danışarkən bildirib ki, həmin şəxslər olduqları ölkələrdə "pisin pisi"dir. Tramp bu mexanizmi ləğv etməyə çağırıb.

"Lotereya var. Siz insanları seçirsiniz. Hesab edirsiniz ki, bizə yaxşı insanları verirlər? Xeyr" — deyən prezidentin bu sözləri gülüşə səbəb olub.

"Bu nə sistemdir? Onlar lotereya sayəsində gəlirlər. Onlar bizə ən pis adamlarını verirlər. Onlar öz adamlarını zibil kimi tullayırlar" — deyə prezident əlavə edib. 

Close-up of a US Flag patch as a US Army (USA) UH-60A Black Hawk (Blackhawk) helicopter - Sputnik Azərbaycan
Amerikanın xəyalını quranlara pis xəbər, "Green Card" proqramı.....

Onun sözlərinə görə, administrasiya Konqresi bu şübhəli miqrasiyaya son qoymağa səsləyir.

Bundan əlavə, Tramp qeyd edib ki, Nyu-Yorkda baş verən iki terror hadisəsini həyata keçirən terrorçular bu immiqrasiya siyasəti nəticəsində ölkəyə daxil ola bilib. 

"Konqres bu prosesə dərhal qoşulmalıdır. Konqresmenlər bununla məşğuldurlar və mən deyə bilərəm ki, biz böyük nailiyyətlər əldə edə bilmişik" — deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 31-də Nyu-Yorkda Özbəkistan vətəndaşı Seifulla Saipov yük maşını ilə piyadalara hücum etmişdi. Hadisə zamanı 8 nəfər ölmüş, 10 nəfərdən çox insan yaralanmışdı. Saipov "Green card"la ABŞ-a gedib.

Bazar ertəsi isə qohumları ABŞ-da yaşayan Banqladeş vətəndaşı Manhettenin mərkəzində əldəqayırma bomba partlatmışdı. Nəticədə bir neçə nəfər yaralanmışdı.

Xəbər lenti
0