Amerikanın xəyalını quranlara pis xəbər, "Green Card" proqramı.....

© Flickr / Morning Calm Weekly Newspaper InstallationClose-up of a US Flag patch as a US Army (USA) UH-60A Black Hawk (Blackhawk) helicopter
Close-up of a US Flag patch as a US Army (USA) UH-60A Black Hawk (Blackhawk) helicopter - Sputnik Azərbaycan
Abunə olmaq
Hər il keçirilən "Green Card" lotereyası sayəsində dünyanın fərqli ölkələrindən olan on minlərlə insan ABŞ-da ömürlük yaşamaq və işləmək icazəsi əldə edir

BAKI, 1 noyabr — Sputnik. Amerikada ömürlük yaşamaq və işləmək icazəsi almaq üçün hər il dünya ölkələrindən milyonlarla insanın müraciət elədiyi "Greencard" proqramı ləğv edilə bilər. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, dünən Nyu-York şəhərində baş verən terror hadisəsi "Greencard"-ın gələcəyini sual altında qoyub. Bunun ilk siqnalını da məhz ABŞ prezidenti Donald Tramp verib.

Tramp məlum hadisədən sonra açıqlama verərək, ölkəyə girənlərlə bağlı sərtləşdirici tədbirlər görüləcəyini söyləyib.

"Baxın, bu terrorçu Amerikaya "Greencard" lotereyası əsasında gəlib. Ölkəyə kimi gəldi, necə gəldi buraxmaq olmaz. Amerikaya köçmək istəyən miqrantlar qabiliyyət əsasında seçilməlidir. Mənim bu təklifimi demokrat siyasətçi Çak Şumer də dəstəkləyir" — prezident vurğulayıb.

Qeyd edək ki, hər il keçirilən "Green Card" lotereyası sayəsində dünyanın fərqli ölkələrindən olan on minlərlə insan ABŞ-da ömürlük yaşamaq və işləmək icazəsi əldə edir.

Xəbər lenti
0