BAKI, 16 dekabr — Sputnik. Braziliya futbolunun əfsanələrindən sayılan Ronaldinyo artıq siyasətlə məşğul olacaq. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, o, radikal sağçı Patriota partiyasından Senata namizədliyini irəli sürəcək.
37 yaşlı futbol əfsanəsinin 2018-ci ilin oktyabrında keçiriləcək parlament seçkilərinə qatılacağı bildirilib.
Qeyd edək ki, Braziliyada siyasətlə məşğul olan futbolçu tək Ronaldinyo olmayacaq. Digər bir məşhur futbolçu Romario da 2015-ci ildən etibarən ölkə senatında yer almaqdadır.