CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qalmaqal: Hökumətin "sökmə" dediyini sökən peyda olub

© Sputnik / Irade JELILSökülmüş mənzil
Sökülmüş mənzil - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu bina Nazirlər Kabinetinin sökülməsi nəzərdə tutulan binalar siyahısında deyil və üstəlik sözügedən tikinti şirkəti haqqında Nazirlər Kabinetinin məlumatı yoxdur"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Bakı şəhəri Nəsimi rayonunda yeni bir tikinti qalmaqalı yaranıb. Bu dəfə tikinti şirkəti 7 mərtəbəli binanı söküb, yerində çoxmərtəbəli bina tikmək istəyir.

Nəsimi rayonu Səməd Vurğun küçəsi 69 saylı binada yaşayan sakinlər deyirlər ki, onların problemi bu ilin mart ayından başlayıb. Bu ilin iyun ayında isə "Pilot İnşaat A" MMC şirkəti binada yaşayan sakinlərə bildiriş göndərib ki, bina Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2016-cı il sərəncamına əsasən sökülərək, yerində müasir tələblərə uyğun yeni bina tikiləcək. Məqsəd isə bina sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.

© Sputnik / Irade JELILSəməd Vurğun küçəsi 69 ünvanında yerləşən yaşayış binası
Səməd Vurğun küçəsi 69 ünvanında yerləşən yaşayış binası - Sputnik Azərbaycan
Səməd Vurğun küçəsi 69 ünvanında yerləşən yaşayış binası

Sakinlər öz növbəsində MTK-nın bildirişi əsasında Nazirlər Kabinetinə müraciət ediblər. Qurumdan isə onlara bildirilib ki, "müvafiq qərar sizin binaya aid deyil, mənzillərinizdən çıxmayın, sizi aldadırlar, sonradan ortada mənzilsiz qala bilərsiniz".

Binanın təməli 1970-ci ildə qoyulsa da, bina qəzalı vəziyyətdə deyil. Və sakinlərin heç bir zaman yaşadıqları binadan şikayətləri olmayıb. Bunu binanın fasadına baxanda da görmək mümkündür. Sözügedən binada 48 mənzil var və 200 nəfərdən çox sakin yaşayır.

© Sputnik / Irade JELILBinadakı 2 mənzil artıq sökülüb
Binadakı 2 mənzil artıq sökülüb - Sputnik Azərbaycan
Binadakı 2 mənzil artıq sökülüb

Ötən gün Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən ünvanda olub və sakinlərin şikayətlərini dinləyib. Sakinlərin sözlərinə görə, onlara bildiriş gəldikdən qısa müddət sonra Nazirlər Kabinetinə müraciət ediblər. Qurumun hüquq şöbəsinin rəhbəri Həqiqət İsmayılova sakinləri qəbul edib, onların sənədlərini gözdən keçirib və bildirib ki, bu bina Nazirlər Kabinetinin sökülməsi nəzərdə tutulan binalar siyahısında deyil və üstəlik sözügedən tikinti şirkəti haqqında Nazirlər Kabinetinin məlumatı yoxdur. Yəni "Pilot İnşaat A" MMC şirkəti sadəcə olaraq Nazirlər Kabinetinin müvafiq qərarından istifadə edərək sakinləri aldatmaq istəyir və Nəsimi Rayon İcra Hakimiyyəti də şirkətə hamilik edir.

Bina sakini Səməd Mədətovun sözlərinə görə, 69 saylı bina kooperativ binadır. Yəni. təkcə binanın yeri deyil, daşı-torpağı da onların pulu ilə alınıb, bina onların pulu ilə tikilərək ərsəyə gəlib: "Gələn gündən deyirlər ki, "sizin bina qəzalıdır". Və bizə binamızın qəzalı olması barədə ekspert rəyi də təqdim etmirlər".

"Bizə təqdim etdikləri "sənədi" hüquqşünaslara göstərmişik. Bizə bildiriblər ki, müqavilə insanları aldatmaq şərtilə tərtib olunub və mənzil sahiblərinin heç bir hüququnu qorumur. Bizim binamızın qarşısında XIX əsrdən qalma kiçik evlər var idi. Həmin evlər söküldü. Gördüyünüz kimi, yerində yeni bina tikilir. Amma bizim binamız 7 mərtəbəlidir və qəzalı deyil" — S. Mədətov bildirib.

Sakinlər rayon icra hakimiyyəti başçısının müavini ilə də görüşüblər. İcra Hakimiyyətindən sakinlərə bildirilib ki, söküntü qanunsuzdur və qarşısı alınacaq. Amma göründüyü kimi söküntü davam edir: "Artıq iki mənzili söküblər. İki mənzilin sökülməsi bizim evləri də qəzalı vəziyyətə salır. Üçüncü mənzili də alıblar və artıq onun da söküntüsünə başlayacaqlar".

© Sputnik / Irade JELILBina 1970-ci ildə tikilib
Bina 1970-ci ildə tikilib - Sputnik Azərbaycan
Bina 1970-ci ildə tikilib

Bina sakini Liliya İmanova, artıq 40 ildən artıq bu binada yaşadığını deyib: "Bu günə qədər bina ilə bağlı heç bir problem yaşamamışıq. Ta ki, bu ilin mart ayına qədər. Bir şirkət ortaya çıxıb deyir ki, bu binanı alıb və sökəcək. Mənzillərin söküntüsü zamanı gözdən əlil insanlardan istifadə edirlər. Görməyən insanın əlinə "kuvalt" veriblər, deyirlər "buranı sök, oranı sök". O da göz görməyə-görməyə hara gəldi vurub".

"Biz bütün instansiyalara müraciət etmişik. Hətta Nazirlər Kabinetindən də bildiriblər ki, "aldadırlar sizi". Bizə hədə-qorxu gəlirlər. Deyirlər ki, "nə etsəniz də, bu bina söküləcək". Və hər dəfə də Nazirlər Kabinetinin qərarından, Prezidentin adından istifadə edirlər" — L. İmanova qeyd edib.

Bina sakinləri bildirirlər ki, artıq bir neçə aydır mənzillərində rahat yaşaya bilmirlər. Binada yaşayan xəstələrin, yaşlıların vəziyyəti isə daha da ağırlaşıb. Hər kəs düşünür ki, bina bu gün sökülər, sabah sökülər, çöldə qalarlar.

"İlk söküntü avqustun 8-də başladı. İki mənzilin sahibini necə ələ alıblar, deyə bilmərik. Amma onlar çıxan kimi söküntü başladı. Biz düşünür ki, söküntünün belə tez başlamasının səbəbi odur ki, birdən mənzil sahibləri peşman olsa, geri qayıda bilməsin. Biri kordur, əlinə veriblər "kuvaltı", deyirlər sök. Binamızın fasadını dağıdıblar. Məqsədləri budur ki, binamızı həqiqətən qəzalı vəziyyətə salıb, sonra da məhkəməyə versinlər ki, bina qəzalıdır. Bunlar bizi aldadırlar" — İmanova əlavə edib.

© Sputnik / Irade JELILBina sakinləri bildirirlər ki, artıq bir neçə aydır mənzillərində rahat yaşaya bilmirlər
Bina sakinləri bildirirlər ki, artıq bir neçə aydır mənzillərində rahat yaşaya bilmirlər - Sputnik Azərbaycan
Bina sakinləri bildirirlər ki, artıq bir neçə aydır mənzillərində rahat yaşaya bilmirlər

Bina sakini Aydın Abbasov deyir ki, şirkətin təqdim etdiyi müqavilənin hüquqi qüvvəsi yoxdur: "Müqavilədə fors major hal kimi qeyd olunub ki, "bu müqavilə imzalandıqdan sonra "Tərəflər"-in iradəsindən asılı olmayaraq meydana çıxan daşqın, yanğın, zəlzələ və digər təbii fəlakət hadisələri, habelə müharibə, mühasirə, tikinti işləri ilə əlaqədar dövlət hakimiyyəti tərəfindən gələcəkdə qəbul edilən əlverişsiz aktlar, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirlir". Yəni, bu binanı sabah dövlət qəbul etməsə, dövlətin hər hansı qərarı ilə tikinti dayansa, biz evsiz-eşiksiz ortada qalacağıq".

"Təsəvvür edin, buranı dağıdırlar, zəng eləmişik İcra Hakimiyyətinə, nümayəndə göndəriblər. Vəzifəli şəxs şirkət nümayəndəsinə deyir ki, "niyə sökürsünüz?" Şirkət nümayəndəsi də deyir, "dağıtmışam, dağıtmağımı davam edəcəyəm". İki gün əvvəl dağıntıları Nəsimi Rayon İcra Hakimiyyətinin maşını daşıyırdı. Bu da o deməkdir ki, şirkətə Nəsimi Rayon İcra Hakimiyyəti hamilik edir" — A. Abbasov danışır.

Bina sakinləri bildirirlər ki, əgər layihə dövlət layihəsidirsə, onlara Nəsimi Rayon İcra Hakimiyyətinin "Zəmanət Arayışı" da təqdim edilməlidir. Əks halda, onlar tikinti şirkətinin təqdim etdiyi müqaviləyə inanmır və onun hüquqi qüvvəsinin olmadığını düşünürlər.

Səməd Vurğun 69 ünvanının sakinləri saytımız vasitəsilə ölkə Prezidentinə müraciət edərək, xahiş edirlər ki, onların Nəsimi Rayon İcra Hakimiyyəti və "Pilot İnşaat A" MMC tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsini təmin etsin.

Xəbər lenti
0