CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şaxta Baba və Qar Qızsız qalacaq Bakı yolkaları...

© Sputnik / Murad OrujovDənizkənarı parkda Şaxta baba və Qar qız, arxiv şəkli
Dənizkənarı parkda Şaxta baba və Qar qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Departament Şaxta Baba və Qar Qız postuna namizədlərlə bağlı tələblərini açıqlayıb

BAKI, 15 dekabr — Sputnik. Bakıda demək olar ki, heç kəs Şaxta Baba və ya Qar Qız olmaq istəmir. Bunu Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamentinin mətbuat-xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib.

Yeni il aksessuarlarının satışı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda 3 min manata "Yolka" satılır

O qeyd edib ki, bayram ərəfəsində cəmi beş nəfər Yeni İlin rəmzi olmaq məqsədilə lisenziya almaq üçün müraciət edib. Lisenziyaların verilməsi məsələsinə dekabrın 20-də baxılacaq. Həmin vaxta çox az qalıb. Departament ümid edir ki, həmin vaxta qədər Şaxta Baba və Qar Qız rolunu ifa etmək arzusunda olanların sayı artacaq.

Bağırov qeyd edib ki, ildən-ilə onlara Şaxta Baba və Qar Qız olmaq üçün müraciət edənlərin sayı azalır. Misal üçün, 2016-cı ildə onlara lisenziya üçün 17 nəfər, 2015-ci ildə 30 nəfərdən çox, 2014-cü ildə isə 50 nəfər müraciət edib.

"İldən-ilə bu göstərici aşağı düşür. Baxaq görək bu il necə olacaq. Bu məsələ bizdən asılı deyil. Bir yer üçün lisenziyanın qiyməti 60 manatdır. Bu qiymət bir neçə ildir ki, sabit qalır" – deyə Bağırov bildirib.

Onun sözlərinə görə, Şaxta Baba və Qar Qız olmaq istəyənlər yalnız Bakının mərkəzini arzulayırlar. Bağırovun sözlərinə görə, misal üçün Nərimanov rayonundakı Heydər Əliyev adına parkda Şaxta Baba və Qar Qız “Köhnə Yeni İl”ə qədər (13 yanvara qədər) işləmək hüququna malikdirlər.

Дед Мороз и Снегурочка - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qanunsuz Şaxta Baba və Qar Qızı 80 manat cərimə gözləyir

Ərizə ilə müraciət edən namizədlərin seçiminə gəlincə, Bağırov bu haqda heç nə bilmir.

Namizədlərdən sadəcə tibbi arayış və şəxsiyyət vəsiqəsi tələb olunur. Tibbi arayış ona görə vacibdir ki, Şaxta babalar uşaqlarla işləyir, onları qucağına götürür, dizinin üstündə oturdur, hədiyyə verir, əl-ələ tutub rəqs edir və s. Tibbi arayışı tələb etməkdə məqsəd Şaxta babaların uşaqları hansısa yoluxucu xəstəliyə yoluxdurmamasıdır.

Departamentin nümayəndəsi bildirir ki, o, praktiki olaraq şəhərin bütün "Şaxta babaları"nı üzdən tanıyır. Çünki hər il lisenziya üçün onlara elə eyni adamlar müraciət edir.

Xəbər lenti
0