CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN Viza" sistemində yeniliklər

© Sputnik / Murad OrujovОдин из центров ASAN Xidmət в Баку
Один из центров ASAN Xidmət в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda portal Azərbaycan, ingilis, fransız, ərəb, fars və rus dillərində fəaliyyət göstərir

BAKI, 15 dekabr — Sputnik. "ASAN Viza" sisteminin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi ilə bağlı tədbirlər çərçivəsində "ASAN Viza" sistemində təkmilləşdirmə işləri aparılaraq portalın fransız dili versiyası istifadəyə verilib.

 Sputnik Azərbaycan "ASAN Xidmət"in mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda portal 6 dildə (Azərbaycan, ingilis, fransız, ərəb, fars və rus) fəaliyyət göstərir.

Əlavə olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qaydalarına dair məlumatlandırmasını təmin etmək və müvəqqəti qeydiyyatın aparılması məqsədilə "ASAN Viza" portalı üzərindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsinə keçid təmin edilib.

Səkinə Həsənova - Sputnik Azərbaycan
Həsənova: “ASAN” xidmətin 13 mindən çox könüllüsü var

Xatırladaq ki, "ASAN Viza" sistemi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" Fərmanı ilə yaradılıb.

Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standard elektron vizanı 3 iş günü, sürətləndirilimiş qaydada isə 3 saat ərzində 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edə bilər.

Qeyd edək ki, elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir. Həmçinin "ASAN Viza" sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Xəbər lenti
0