Səkinə Həsənova: “Çalışırıq ki, daha çox regionlardakı gənclərlə işləyək”
“Azərbaycanda könüllülük fəaliyyəti 2012-ci ildən başlayıb”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən Bakı-Bişkek-Minsk-Astana-Kişinyov videokörpüsündə “ASAN Könüllüləri” İctimai Birliyinin sədr müavini Səkinə Həsənova deyib.
“Hazırda “ASAN Könüllüləri” təşkilatının 13 mindən çox üzvü var. Könüllülər sosial layihələrdə və dövlət işlərində çalışırlar. Çalışırıq ki, daha çox regionlardakı gənclərlə işləyək. Könüllüləri özümüzə cəlb etməklə onların şəxsi inkişafına dəstək olmaq istəyirik” — deyə o, bildirib.