Türkiyədən İsraili qəzəbləndirəcək "cavab atəşi" - Başlandı

© REUTERS / Emrah YorulmazМинистр иностранных дел Турции Мевлют Чавушоглу выступает на заседании Совета министров иностранных дел Организации Исламского сотрудничества (ОИК) в Стамбуле, Турция, 13 декабря 2017 года
Министр иностранных дел Турции Мевлют Чавушоглу выступает на заседании Совета министров иностранных дел Организации Исламского сотрудничества (ОИК) в Стамбуле, Турция, 13 декабря 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz dünya dövlətlərini Fələstini dövlət kimi tanımağa təşviq etməliyik"

BAKI, 13 dekabr — Sputnik. "Biz Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanımaqla yanaşı, digər ölkələri də buna təşviq etməliyik". Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı keçirilən toplantısının açılışında deyib.

Türkiyə və İsrail bayraqları Türkiyə Respublikasının Tel-Əvivdəki səfirliyinin üzərində dalğalanır - Sputnik Azərbaycan
Türkiyədən ABŞ və İsrailə qarşı sərt əks həmlə

"Biz dünya dövlətlərini paytaxtı Şərqi Qüds olan və 1967-ci il sərhədləri çərçivəsində qərarlaşmış Fələstini dövlət kimi tanımağa təşviq etməliyik. Əks halda işğalçı İsrail rejimi öz qanunsuz əməllərini davam etdirəcək" — Çavuşoğlu bildirib.

"Fələstindəki zülmə dur demək üçün" bir araya gəldiklərini deyən XİN başçısı ABŞ-ın ötən həftə Qüdslə bağlı verdiyi qərarın insanlıqdan kənar olduğunu söyləyib: "Amerika rəhbərliyi atdığı bu addımla İsrailin Qüdsü işğal cəhdini qanuniləşdirməyi hədəfləyir".

İstanbuldakı Qüds zirvəsində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani, Fələstinin dövlət başçısı Mahmud Abbas daxil olmaqla 16 ölkənin dövlət və hökumət rəhbərləri, ümumilikdə 48 ölkənin nümayəndələri iştirak edirlər.

Xəbər lenti
0