Türkiyədən ABŞ və İsrailə qarşı sərt əks həmlə

© REUTERS / Baz RatnerTürkiyə və İsrail bayraqları Türkiyə Respublikasının Tel-Əvivdəki səfirliyinin üzərində dalğalanır
Türkiyə və İsrail bayraqları Türkiyə Respublikasının Tel-Əvivdəki səfirliyinin üzərində dalğalanır - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyə Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyacaq"

BAKI, 11 dekabr — Sputnik. "Türkiyənin İsrailə qarşı "B" planı var. Tezliklə bunu hər kəs görəcək". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hökumətə yaxınlığı ilə bilinən "Hürriyet" qəzetinin yazarı, siyasi şərhçi Abdulkadir Selvi bugünkü məqaləsində yazıb.

Malayziya ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
İsrailə müharibə hədəsi: Ordu Qüds üçün borcunu verməyə hazırdır

"Hazırda Qüds məsələsi ilə bağlı ən doğru strategiya izlənilir. Türkiyənin "yol xəritəsi" var. Həmin "yol xəritəsi"nə əsasən, BMT, Avropa İttifaqı, Rusiya, Çin, İngiltərə, Fransa və digər böyük dövlətlərlə ABŞ və İsrailə qarşı lobbiçilik fəaliyyəti yürüdülür. Çünki həmin təşkilatlar və dövlətlər də Qüds məsələsində Ankara ilə eyni blokda yer alır" — Səlvi yazıb.

Politoloq qeyd edib ki, diplomatik müzakirələr nəticəsiz qalsa, Türkiyənin "B" planı işə düşəcək: "Ankara artıq duyğuları ilə hərəkət etməyəcək. Prezident Ərdoğan Qüds ətrafında yaranan qalmaqalla bağlı mümkün olan ən güclü beynəlxalq koalisiyanı yaratmağa çalışacaq. Bunun üçün dünya liderləri ilə mütəmadi görüşülür".

"Çünki ABŞ-ın Qüdslə bağlı verdiyi qərar böyük planın ilk mərhələsi kimi anlaşılır. Yekun hədəf isə müsəlmanların ilk qibləgahı olan əl-Əqsa məscidi olacaq. Türkiyə dövləti hazırda çalışır ki, mövzu beynəlxalq müstəvidə müzakirə edilsin, daha həssas yanaşılsın" — o vurğulayıb.

"Bunlar "A" planıdır. "B" planı isə odur ki, İsraillə diplomatik əlaqələr kəsiləndən sonra Türkiyə Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyacaq" — A. Selvi əlavə edib.

Qeyd edək ki, bu gün, həmçinin Rusiya prezidenti Vladimir Putin Qüds məsələsini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Rusiya lideri türkiyəli həmkarı Ərdoğanla təkbətək görüş keçirəcək.

Xəbər lenti
0