"Deyirlər ki, "Ey Ərdoğan, sən niyə belə danışırsan?"

© REUTERS / Umit BektasПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Hüquqa inanan bütün dövlətləri Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıram"

BAKI, 13 dekabr — Sputnik. "Beynəlxalq hüquqa və ədalətə inanan bütün ölkələri Qüdsü Fələstinin paytaxtı kimi tanımağa səsləyirəm". Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

Реджеп Тайип Эрдоган, президент Турции - Sputnik Azərbaycan
Ərdoğandan sərt ittiham: "İsrail terrorçu dövlətdir"

"İsrail işğalçı və terrorçu dövlətdir. Sonra da deyirlər ki, "ey Ərdoğan, sən niyə belə danışırsan?" Bəs nə deməliyəm? 10 yaşlı uşaqları tutub dəmir qəfəsə atırlar, 14 yaşlı yeniyetmə oğlanı əli, gözü bağlı qanlar içində zindana aparırlar. Hələ körpə qızcığazı demirəm. Anasına möhkəm-möhkəm sarılır, İsrail əsgərlərinin dəyənəklə döydüyü anasına. Və o körpə anasının əlindən zorla alınır. Bu terrorizm, işğalçılıq deyilsə, nədir? Bu vicdansızlığı necə izah etmək olar?" — prezident vurğulayıb.

Ərdoğan sonda qeyd edib ki, ABŞ-ın haqsız qərarına, yalnız Qüdsü işğal altında saxlayan İsrail dəstək verib: "Bu qanunsuz qərarı tanımayan bütün ölkələrə təşəkkür edirik. Roma Papası da daxil olmaqla, danışdığım bütün liderlər Qüdslə bağlı fikirlərində qətidirlər. Hamısına minnətdaram".

Zirvədə çıxış edən Fələstin lideri Mahmud Abbas Ağ Ev rəhbəri Donald Trampı sərt ifadələrlə tənqid edib: "İsrail BMT-nin Fələstinlə bağlı qətnamələrinə indiyədək əməl etməyib. Bu dövlətin heç sərhədləri mövcud deyil. Göstərin mənə İsrailin sərhədlərini. Sərhədi olmayan bir dövlət necə tanına bilər?".

"Tramp Qüdslə bağlı necə qərar verə bilər? ABŞ rəhbəri özünü elə aparır ki, sanki dünyada yeganə qərar sahibi özüdür. Hər zaman ABŞ-la birlikdə hərəkət edən dövlətlər belə indi ABŞ-ın yanında durmadı" — Abbas vurğulayıb.

Xəbər lenti
0