CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu xəbəri oxuyaq və büdcəmizi təkrar gözdən keçirək

© Sputnik / Murad OrujovPulqabında manatlar, arxiv şəkli
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ticarət dövriyyəsinin 15623,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15239,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib

BAKI, 13 dekabr — Sputnik. 2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3 faiz üstələyərək 30,9 milyard manata bərabər olub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Ərzaq dükanı - supermarket, arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycanın hər sakini bu qədər ərzaq yeyir

Bildirilib ki, ticarət dövriyyəsinin 15623,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15239,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 2,7 faiz üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,0 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,9 faizi fərdi sahibkarlar tərəfindən, 34,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,7 faiz, fərdi sahibkarlar üzrə 1,3 faiz, bazar və yarmarkalar üzrə 1,5 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 288,3 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Xəbər lenti
0