Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın hər sakini bu qədər ərzaq yeyir

CC0 / Heamer / marketƏrzaq dükanı - supermarket, arxiv şəkli
Ərzaq dükanı - supermarket, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları alıb

BAKI, 16 noyabr — Sputnik. 2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 28,0 milyard manata bərabər olub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ticarət dövriyyəsinin 14,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2016-cı ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,5 faiz və 2,8 faiz üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,0 faiz, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalar üzrə 1,4 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 288,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Xəbər lenti
0