CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir küçəmiz təmir edilir - Sürücülərin diqqətinə

© Photo : AZƏRAVTOYOLMagistral yolda yeni geri dönmə hissə yaradılıb
Magistral yolda yeni geri dönmə hissə yaradılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır

BAKI, 12 dekabr — Sputnik. Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin təmiri işlərinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, yolun uzunluğu 820 metr, eni isə 2 hərəkət zolaqlı olmaqla ümumi ortalama 14 metr təşkil edir: "Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissəsinin asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə 12 sm qalınlığında olmaqla yolun 12 min m2 hissəsinin asflatlanması nəzərdə tutulub".

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xoş xəbər gəldi: hamını narahat edən yol düzəldilir

Nəcəflinin sözlərinə görə, bununla yanaşı küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülür. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzüləcək.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlığı qoyulacaq, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılacaq.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır.

Xəbər lenti
0