CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xoş xəbər gəldi: hamını narahat edən yol düzəldilir

© Azerbaijan Highway State AgencyBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə layihə çərçivəsində yolun 170 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. İşlər zamanı yolun 12 km-də yerləşən körpünün də təmir olunması nəzərdə tutulub".

BAKI, 6 dekabr — Sputnik. Respublikanın avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirilir. Sputnik Azərbaycan-a açıqlama verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik olan Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır.

Nəcəfli qeyd edib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 23 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 7.5 m enində yolun hərəkət hissəsi və 2.25 m enində çiyinlər daxildir: “Sözügedən yolun 12 km-lik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər ərazilərdə isə asfaltlama işləri davam etdirilir. Bundan başqa yeni yol yatağı və yol əsası inşa edilir, kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür. Ümumilikdə layihə çərçivəsində yolun 170 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. İşlər zamanı yolun 12 km-də yerləşən körpünün də təmir olunması nəzərdə tutulub".

Qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolunun bərpa olunması ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq.

Xəbər lenti
0