İsrailə müharibə hədəsi: Ordu Qüds üçün borcunu verməyə hazırdır

© AFP 2024 / Mohd RASFANMalayziya ordusunun əsgərləri, arxiv şəkli
Malayziya ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Liderlərin önə keçərək qərar verdiyi halda, Malayziya Silahlı Qüvvələri Qüdslə bağlı borcunu yerinə yetirməyə hazırdır

BAKI, 10 dekabr — Sputnik. Malayziya müdafiə naziri Qüdslə bağlı bəyanatla çıxış edib. Sputnik Azərbaycan "Haber7"-yə istinadən xəbər verir ki, Hishammuddin Tun Hüseyin Malayziya Silahlı Qüvvələrinin Qüds üçün vəzifəsini yerinə yetirməyə hazır olduğunu bildirib.

Partiyasının toplantısında çıxış edən Hüseyin ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarını müsəlmanlara vurulan zərbə kimi dəyərləndirib: "Müsəlman ölkələr olaraq, həmişə ədalətsizliyə qarşı çıxmağa hazır olmalıyıq. Liderlərin önə keçərək qərar verdiyi halda, Malayziya Silahlı Qüvvələri Qüdslə bağlı borcunu yerinə yetirməyə hazırdır".

Xəbər lenti
0