BAKI, 11 dekabr — Sputnik. Kipr çempionatında 15-ci turun oyunları keçirilib.
Sputnik Azərbaycan qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" doğma meydanda "Alki Oroklinis"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Araz start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 90-cı dəqiqədə komandasının qələbə qolunu vurub.
Qeyd edək ki, "Anortosis" 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onu liderdən cəmi 2 xal ayırır.