ELM

Təhsil Nazirliyi: Valideynlərin etirazı haqlı çıxarsa...

© Sputnik / Murad OrujovМинистерство образования Азербайджанской Республики
Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəb direktoru şagirdin tərbiyəsinə görə sinfini dəyişə bilər?

BAKI, 8 dekabr — Sputnik. Ötən günlərdə Nəsimi rayonu 14 saylı tam orta məktəbdə baş verənlər qalmaqal yaratdı. Belə ki, paralel sinifdə oxuyan şagirdi məktəb direktoru "3-Ç" sinfinə keçirib. Bu da həmin sinifdə təhsil alan şagirdlərin valideynlərinin narazılığına səbəb olub.

Sinif otağı, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Şagirdə qarşı seksual hərəkətlər edən direktorun işində yeni gəlişmə

Valideynlər övladlarını məktəbə buraxmayıblar, həmçinin aksiya keçiriblər. Şagirdin tərbiyəsiz hərəkətlərindən, sinif yoldaşlarını səbəbsiz yerə vurmasından ehtiyat edən valideynlər direktorun bu qərarına qarşı çıxıblar.

Hadisə ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a bildirib ki, məktəbdə yaranmış hər hansı hadisə zamanı məsələni həll etmək üçün pedaqoji şura yaradılır: "Şura şagirdin bir sinifdən digər sinfə keçirilməsi qərarını verərsə, bu zaman direktor həmin qərarı icra edə bilər. Bu işə valideynləri də cəlb etmək lazımdır, çünki tək direktor deyil, valideynlər də məsuliyyət daşıyırlar".

"Məsələni dərindən araşdırmalıyıq. Bəlkə də direktor bu addımı, uşağın digər sinifdə təhsil almasının məsələnin xeyrinə olacağını düşünərək atıb. Təbii ki, o, mexaniki şəkildə bunu etməz. Valideynlərin etirazı başadüşüləndir. Əgər onların etirazı haqlı çıxarsa, həmin uşaq sinif yoldaşlarına qarşı təhlükə yaradarsa, müalicə alaraq başqa yerdə təhsilini davam etdirəcək" — Valehov bildirib.

День знаний в образовательном комплексе №132-134 города Баку - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda məktəblilərdən dəhşətli əməl: ölən var

Bakı şəhəri üzrə Təhsil İdarəsi də məsələ ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab verib. İdarədən qeyd olunub ki, mövcud qaydalara görə, hər hansı bir şagirdin davranışı ilə əlaqədar təhsil prosesinin iştirakçıları tərəfindən fakt aşkarlanarsa, bu haqda məktəb rəhbərliyinə dərhal məlumat verilməlidir.

"Məktəb rəhbərliyi həmin faktla əlaqədar araşdırma apararaq qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirməlidir. Şagirdlər məktəbdaxili nizam-intizam qaydalarına əməl etmədiyi və ya onlardan hər hansı birinin psixoloji durumunda problem yaşandığı halda, məktəb rəhbərliyi tərbiyə işinə məsul şəxslərlə, o cümlədən məktəbin psixoloqu ilə birlikdə yaranmış vəziyyəti və həmin vəziyyəti doğuran səbəbləri ətraflı araşdıraraq, müvafiq tədbirlər həyata keçirməlidir" — İdarədən bildirilib.

© Sputnik / KarikaturaDəcəl uşaq
Dəcəl uşaq - Sputnik Azərbaycan
Dəcəl uşaq

"Həmin tədbirlərdən biri də şagirdin paralel sinfə keçirilməsi ola bilər və direktorun bu haqda müvafiq əmr verməyə hüququ var. Məktəb rəhbərliyi vəzifə funksiyasını yerinə yetirərkən hər hansı qanun pozuntusu hallarına yol verərsə, mövcud qanunvericiliyə uyğun olaraq barəsində intizam tənbehi tədbiri görülür" – deyə qurumdan əlavə olunub.

Hüquqşünas İlham Rəşidoğlu Sputnik Azərbaycan-a şərhində deyib ki, məktəb direktoru şagirdi tərbiyəsinə görə oxuduğu sinifdən çıxarıb digər sinfə keçirə bilməz: "Onun bunu edəcək səlahiyyəti yoxdur. Uşağın tərbiyəsi ilə valideynləri və məktəbdə müəllimlər məşğul olmalıdır".

"Direktor hər hansısa uşaqda qeyri-normal hallar aşkarlayarsa, bu zaman onun tərbiyəsinə valideynlər ilə birlikdə kömək etməlidir. Hər bir uşağın təhsil almaq hüququ var. Tərbiyəsini əsas gətirib onu sinifdən çıxarmaq və ya sinfini dəyişmək qanun pozuntusudur. Bunu edən məktəb direktoru qanunu pozur" — Rəşidoğlu vurğulayıb.

"Eyni zamanda uşağı bir sinifdən çıxarıb, digər sinfə keçirmək məsələni həll etmir, əksinə daha da dərinləşdirir. Belə hallarda problemi qəlizləşdirmək yox, həll etmək lazımdır. Uşağı psixoloqa göstərmək, problemi həll etmək üçün bəzi işlər görmək əvəzinə belə addım atmaq qanunsuzdur" — hüquqşünas əlavə edib.

Xəbər lenti
0