Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şagirdə qarşı seksual hərəkətlər edən direktorun işində yeni gəlişmə

© AFP 2024 / Jure MakovecSinif otağı, arxiv şəkli
Sinif otağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Alxasov Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə ittiham olunur

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 2 noyabr — Sputnik. Xaçmaz rayonun Arzu kənd məktəbinin direktoru 62 yaşlı Gülməz Alxasov haqqında Xaçmaz rayon Polis Şöbəsində çinayət işi açılıb. Onun barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında  vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-ın müxbirinə bildiriblər ki, Alxasov Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə ittiham olunur.

O, Arzu kənd orta məktəbinin 12 yaşlı şagirdinə seksual xarakterli hərəkətlər etməkdə günahlandırılır.

Kənd sakinlərinin Sputnik Azərbaycan-a bildirdiyinə görə, Alxasov şagirdi otağına çağıraraq əvvəlcə ona sığal çəkib, dodaqlarından öpüb, sonra isə seksual hərəkətlər etməyə başlayıb. Bundan həyəcanlanan uşaq direktorun ona qarşı etdiklərini anasına danışıb. Anası isə vəziyyətlə bağlı rayonun polis şöbəsinə müraciət edilib. Şagirdin qohumları və kənd sakinləri məsələ ilə bağlı etiraz aksiyası keçirdikdən sonra, direktor işdən azad edilib və haqqında cinayət işi açılıb.

Onu da qeyd edək ki, direktorun ailəsi və qohumları bu iddihamları əsassız sayırlar. Onlar bu məsələnin Alxasovun işdən uzaqlaşdırılması üçün qurulmuş bir oyun olduğunu iddia edirlər.

Kənd sakinləri isə bildiriblər ki, direktoru işdən uzaqlaşdırmaq üçün qız uşağının adını ləkələmək kimi iyrənc bir addımı atmağa lüzum yoxdur. Onları məktəbə göndərdikləri digər qız uşaqlarının taleyi narahat edib.

Xəbər lenti
0