BAKI, 7 dekabr — Sputnik. "Sport Time" jurnalı bu gün "2017-ci ilin ən yaxşıları" nominasiyası üzrə qalibləri mükafatlandırıb. Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutub.
Jurnalın baş redaktoru Jalə Rzabəyli bildirib ki, idmançılara verilən bu qiymət onların fəaliyyətinə stimul verir: "Azərbaycanın idman ölkəsi kimi tanınmasında idmançılarımız əvəzsiz xidmətlər göstərib. Bu gün ölkəmizdə idmana və idmançılara göstərilən o qayğı öz nəticəsini verməkdədir".
Tədbirdə "Sport Time" jurnalı tərəfindən müxtəlif nominasiyalar üzrə 20 idmançıya diplomlar təqdim edilib.