CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mirzəlikdən yüksək vəzifəyə və ya ikinci şəxs olmağa aparan yol...

Abunə olmaq
Sərgüzəşti-vəziri-xani-Lənkəran: Talış xanının vəzirinin 200 illik evə niyə dağılır?

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Qədimdə yazı-pozu işi ilə, daha dəqiq desək, dəftərxana işlərilə məşğul olana "mirzə" deyirdilər. Bir çox kitablardan oxuduğumuz və böyüklərdən eşitdiyimizə görə, el arasında belə adamların xüsusi yeri və hörməti olurmuş.

O vaxt hər bölgədə olduğu kimi, talış mahalının da bir çox mirzələri olub. Belə mirzələrdən birini isə talış xanı Mir Mustafa Xan çox savadlı olduğuna görə özünə vəzir təyin edib. Söhbət Qarabağın Zərgərli tayfasına mənsub olan Mirzə Xudaverdidən gedir.

Mirzəlikdən vəzirliyə

Mirzə Xudaverdinin atası Kərbəlayi Qurban kişi Səfəvi hökmdarı Nadir şahın hakimiyyəti vaxtı Qarabağdan talış elinə, daha dəqiq desək, Qızılabad kəndinə (indiki Masallı rayonu) köçüb və burada ev tikdirib. Mirzə Xudaverdinin atası ilə bərabər iki əmisi də cənuba köç edib. Lakin onlardan Baxşıbəy Zuvand məntəqəsinin Limar kəndinə (Lerik rayonu), o biri əmisi Muğanın Ərkivan (Masallı rayonu) kəndinə köçüb. Qızılabadda evləndikdən sonra Kərbəlayi Qurban kişi Şah Qacarın Talış Xanlığına hücum etdiyi zaman məcburiyyət qarşısında qalaraq Qızılabaddan qaçaraq Astaranın Butəsər (indiki Pensər kəndi) ərazisinə köçüb.

Mirzə Xudaverdi, təxminən 12 yaşı olanda, valideynləri ilə mübahisə etdiyi üçün evdən qaçaraq İrana gedir. 4 il müddətində İranın Rəşt şəhərində mədrəsədə təhsil alır. Onun Rəştdə təhsil almasına da Ərdəbil şəhərindən olan bir kişi kömək edir. Çünki Mirzə Xudaverdinin atası Şah Qacarın təqibləri vaxtı həmin kişiyə çox köməklik edibmiş.

© Sputnik / Rahim MuradovMir Mustafa Xanın baş vəziri Mirzə Xudaverdinin Astaranın Pensər kəndindəki ata evi
Mir Mustafa Xanın baş vəziri Mirzə Xudaverdinin Astaranın Pensər kəndindəki ata evi - Sputnik Azərbaycan
1/10
Mir Mustafa Xanın baş vəziri Mirzə Xudaverdinin Astaranın Pensər kəndindəki ata evi

2/10

3/10

4/10

5/10

6/10

7/10

8/10

9/10

10/10

Mirzə Xudaverdi Rəştdə təhsil aldığı vaxt həm də müəllimliklə məşğul olub. Sonra o, Butəsərdəki evlərinə qayıdır, 3 ay kənddə qalır, yenidən İrana təhsil almağa gedir və bu dəfə 7 il İsfahanda mükəmməl təhsil alır.

Təhsilini bitirdikdən sonra isə bu dəfə valideynlərinin təkidi ilə kəndə qayıdır. Kənddə mirzəlik etməyə başlayır. Qısa zamanda böyük hörmət sahibi olan Mirzə Xudaverdinin sorağı Talış xanı Mir Mustafa Xana çatır. Xanın sarayında nökərlik edən şəxslərdən biri Butəsərdən olur və kəndlərində çox savadlı mirzənin olduğunu deyir. Mir Mustafa Xanın dəvətilə Mirzə Xudaverdi Talış xanının sarayına gedir və xanın divanında mirzə işləyir.

Mükəmməl savadı olduğu üçün Mir Mustafa Xan ona baş vəzir vəzifəsini təklif edir. Mirzə Xudaverdi isə bu təklifdən imtina edir və evə qayıtmaq istəyir. Amma Xan Mirzəyə evə getməyə icazə vermir, onu gecə sarayında saxlayır. Səhəri gün isə Xudaverdiyə vəzirlik paltarı geydirirlər və xan Mirzə Xudaverdinin otağına gələrək "Vəzirliyin mübarəkdir" deyir və onu özünə baş vəzir təyin edir. Beləcə, Mirzə Xudaverdi 30 il müddətində talış xanının baş vəziri vəzifəsini icra edir.

Bir vaxtlar baş vəzirin evi, indi isə dağılan tikili

Qeyd etdiyimiz kimi, Mirzə Xudaverdinin atası Kərbəlayi Qurban kişi Astaranın Butəsər, indiki Pensər kəndi ərazisinə köçür. Yəni, sonradan Talış xanının baş vəziri olan Mirzə Xudaverdinin ata evi Pensər kəndindədir. Hazırda isə həmin evdə Mirzə Xudaverdinin nəticəsinin 75 yaşlı gəlini Nəzakət Mahmudova yaşayır. 75 yaşlı qadın bu evin tarixi haqqında bir çox tarixi faktları bilir.

Nəzakət nənə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır ki, evin 200 ildən çox yaşı var: "Bu ev 2 gözdən ibarət olub. O vaxt qayınatamın əmisi oğlunun da bu həyətdə mülk payı olduğu üçün evin bir tərəfini söküb, hasara alaraq öz payını ayırıb. Ona görə də evin bu tərəfi bizə qalıb və qayınatam da öz ulu babasından yadigar qaldığı üçün sökməyib. Biz də elə onun kimi evi qoruyuruq".

"Bəlkə də, bu evin yaşı daha çoxdur. Qayınanam o vaxt danışardı ki, onun anası İrandan qonşu həyətə gəlin gələn vaxt bu ev burada olub. Bu evdə talış xanı Mir Mustafa xanın vəziri Mirzə Xudaverdinin nəticəsi olan Cahangir kişi yaşayıb. Cahangir kişi mənim qayınatamdır. Mən böyüklərdən eşitmişəm ki, bu ev çox qonaqlı-qaralı olub vaxtilə" — N.Mahmudova bildirir.

Onun sözlərinə görə, Mirzə Xudaverdinin daha iki oğlu da talış xanlarının vəzirləri olublar: "Bunlardan Mirzə Əhməd həm də Lənkəranda fəaliyyət göstərən "Fövcül füsəha" ədəbi məclisinin üzvü imiş. Ara-sıra "Fövcül füsəha"nın üzvləri bu evdə yığışarmışlar. Mirzə Əhməd qayınatamın babası olub. Qayınatam o vaxt demişdi ki, Mirzə Əhməd xan sarayında doğulub. Amma o, həm sarayda, həm də bu evdə yaşayıb".

"Böyüklərimizdən eşitmişdim ki, XX əsrin əvvəllərində bu ev bolşevik-erməni quldur dəstələri tərəfindən qarət olunub. Həmin vaxt quldur dəstələri kəndə basqın edəndə, kəndin kişiləri qalıb öz evlərini qorumağa çalışıblar. Lakin qadınları, uşaqları və zinət əşyalarını Şiyəkəranda məsciddə gizlədiblər. Mirzə Xudaverdinin nəvəsi olan Mirzə Məmmədi erməni-bolşevik quldur dəstəsinin üzvləri əvvəllər həyətdə olan tövlənin damında nizə ilə öldürüblər. Rəhmətlik qayınatam Cahangir kişi deyərdi ki, evimizin damında dərviş paltarına oxşayan paltar olub. Amma sonradan məlum olub ki, bu, mirzəlik geyimidir" — Nəzakət nənə əlavə edir.

Mir Əhməd xanın ailəsi. Ortada Mir Əhməd xan, arvadı Tuğra xanım - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sonuncu xanın Zaqafqaziya gözəlinə son hədiyyəsi - bənzəri yoxdur

İnsan qəbrinə oxşayan ev

Nəzakət Mahmudovanın sözlərinə görə, evin damını elə düzəldiblər ki, insan qəbrinə oxşayır: "Maraqlı üslubda düzəldiblər evi. Evin damında qəbirə oxşayan yer var. Amma ev sökülür. Çiy kərpicdən tikilib, bir tərəfi artıq dağılır. Dam örtüyü tamamilə yararsızdır. Kirəmitdən olan örtüklər sökülüb. Demək olar ki, evin damını saxlayan və bişmiş kərpicdən tikilən dirəklər tamamilə dağıldığından dam örtüyünü saxlamaq üçün taxtadan olan dirək düzəltdirmişik".

"Mən bu evə gəlin gəlmişəm. Bu, vəzirin evidir, tarixi abidədir. İstəmərəm ki, dağılsın. İmkanımız da yoxdur düzəltdirək. Evin içərisində olan qab-qacaqlar qayınanamdan qalıb mənə. Ev tarixi abidə kimi də qorunmur. Tarixi abidə kimi qorunması üçün qeydiyyata alınmalı idi, amma edilməyib. Bir dəfə Rayon Turizm və Mədəniyyət şöbəsindən gəlib evin hər yerinin şəklini çəkdilər. Bizə də dedilər ki, bu abidə həmin şöbədə qeydiyyatda olsa da, ev sakinləri tərəfindən təmir edilməlidir" — müsahibimiz bildirir.

Qeyd edək ki, Talış xanlığı haqqında Mirzə Xudaverdi oğlu Mirzə Əhməd tərəfindən yazılan "Əxbərnamə" kitabı da məhz bu evdə qələmə alınıb. Belə bir evin tarixi abidə kimi qeydiyyata salınmaması, qorunmaması və məhv olmaq təhlükəsi ilə üz-üzə qalması təəssüf yaradır.

Xəbər lenti
0