BAKI, 5 dekabr — Sputnik. Prezidentin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olundu. Bu zaman belə bir sual ortaya çıxır. Onun rəhbərlik etdiyi Güləş Federasiyasına kim rəhbərlik edəcək?
Sputnik Azərbaycan bu suala cavab tapmaq üçün federasiyanın mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri bildirib ki, onlarda bu haqda heç bir məlumat yoxdur: "Biz də sizin kimi sərəncamı saytdan oxumuşuq. Başqa heç bir məlumatımız yoxdur".