BAKI, 5 dekabr — Sputnik. Prezident İlham Əliyevin sərəncamına əsasən vergilər naziri Fazil Məmmədov öz vəzifəsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, prezidentin bu sərəncamından sonra keçmiş nazirin rəhbərlik etdiyi Velosiped Federasiyasının aqibəti də sual altına düşüb. Fazil Məmmədov yenə də Velosiped Federasiyasını idarə edəcək, yoxsa bu post da yeni vergilər naziri Mikayıl Cabbarova tapşırılacaq?
Suala cavab tapmaq üçün Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məsələyə belə münasibət bildirdi: "Nəsə demək çətindir. Heç bir söhbət yoxdur. Bu suala cavab vermək mənim səlahiyyətim çərçivəsində deyil. Hər şeyi zaman göstərəcək".