BAKI, 5 dekabr — Sputnik. "Qarabağ" futbol klubu UEFA Gənclər Liqasında sonuncu oyununu "Roma"ya qarşı keçirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Romanın "Tre Fontane" stadionunda Ağdam komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Roma" ilə Bakıdakı görüş də italyanların 3:0 hesablı qələbəsi ilə qurtarmışdı. "Qarabağ" "Çelsi"yə də hər iki oyunda məğlub olb — 0:5, 1:3. "Atletiko" ilə Bakıdakı görüş də qonaqların 5:1 hesabı ilə qələbəsilə bitib. "Qarabağ" qrupda yeganə qələbəsini Madriddə "Atletiko" üzərində qazanıb — 1:0.
Beləliklə, Rəşad Sadıqovun yetirmələri qrupu 3 xalla sonuncu yerdə başa vurublar.