CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayıq-sayıq olun: Yeni və sübutu mümkünsüz fırıldaq meydana çıxıb

© Sputnik / Murad OrujovПередача денег из рук в руки, фото из архива
Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu cür halları ictimailəşdirməklə nəticə əldə etmək olar"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Bakı şəhərində avtobuslarda gediş haqlarının ödənişi iki cür həyata keçirilir. Bəzi avtobuslarda gediş haqları kartla ödənilsə də, bir çox avtobuslarda hələ də nağd şəkildə alınır.

Avtobusda sıxlıq,arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İctimai nəqliyyatda böyük vahimə: canlı şahidlər anladırlar

Problem də buradan qaynaqlanır. Çünki bəzi sürücülər onlara verilən böyük məbləğdə pulu xırdalamaqdan imtina edirlər, bəziləri isə sərnişinlərə pulun qalığını az qaytarırlar.

Sputnik Azərbaycan-a daxil olan şikayətdə bildirilir ki, 35 saylı avtobusda bəzi sürücülər sərnişinləri aldadırlar. Belə ki, 1 manat pul verərək gediş haqqını ödəyən sərnişinə qalıq qaytaran sürücülər fırıldaqçılıqla məşğul olurlar.

Yəni, 80 qəpik qalıq qaytarmalı olan sürücü 60 qəpik, eləcə də başqa dövlətə xas olan oxşar qəpik və ya qəpiyə oxşayan, amma dəyəri olmayan dəmir parçasını verir. Sərnişin də diqqət etmədikdə sürücü tərəfindən aldadılır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, belə hallarla rastlaşan vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət etməlidir: "Belə hal baş verəndə, vətəndaş yaxınlıqda yerləşən polis idarəsinə yaxınlaşıb avtobusun nömrəsini, sürücünü və baş verən hadisəni dəqiqliklə qeyd etməlidir. Bu zaman sürücü cəzalandırıla bilər. Təbii ki, Azərbaycanın öz valyutası var və heç bir sürücünün başqa dövlətlərə xas olan pul vahidlərindən istifadə etmək hüququ yoxdur".

© Sputnik / Tarana KhudabakhshiyevaAvtobus sürücü tərəfindən verilən qəpik
Avtobus sürücü tərəfindən verilən qəpik - Sputnik Azərbaycan
Avtobus sürücü tərəfindən verilən qəpik

Hüquqşünas Elyar Həsənov da bildirib ki, bu hal birmənalı olaraq istehlakçıların hüquqlarının pozulmasıdır: "Zərərçəkən sərnişin bununla bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilər. Bu, vətəndaşın haqqıdır".

"Amma düşünmürəm ki, bu, səmərə verəcək. Öncə ona görə ki, vətəndaş bu halın baş verdiyini sübut etməlidir. Bu da çətin məsələdir. Amma bu halları ictimailəşdirməklə nəticə əldə etmək olar" — Həsənov deyib.

Hüquqşünas əlavə edib ki, bu hallar təsdiqini taparsa, sürücü cəzalana bilər: "Hətta istehlakçı hüquqlarını pozduğu üçün bir neçə min manat məbləğdə cərimə də oluna bilər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə də, bu kimi faktlar istehlakçının hüquqlarının pozulmasıdır: "Bu haqda bizə şikayət gəlməyib. Amma belə hallar Azərbaycanda tez-tez baş verir. Belə halda istehlakçı şahidlərin imzası ilə ərizə yazmalıdır. Daha sonra onu avtoşirkətə təqdim etməlidir və ona dəyən ziyan ödənilməlidir".

Xəbər lenti
0