CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: “İnsanları mütləq yoxsulluq həddinə salırıq”

© Photo : Teleqraf / Elchin MuradMillət vəkili Musa Quliyev
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Müavinətlərin çoxunun məbləği o qədər azdır ki, verilib-verilməməyinin vətəndaşın həyatına təsiri yoxdur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Parlamentin son plenar iclaslarının birində 2018-ci ilin büdcə müzakirəsi zamanı millət vəkili Musa Quliyev sosial müavinətlərin sayının, çeşidinin azaldılmasını təklif edib.

Millət vəkili hesab edib ki, ümumiyyətlə, sosial müavinətlərlə bağlı islahatlar aparılmalıdır: "20 sosial müavinət növü var, 15 fərdi təqaüd növü var. Bunların çoxunun da məbləği o qədər cüzidir ki, yəni, verilib-verilməməyinin vətəndaşın həyatına təsiri yoxdur. Yəni, 12-13 manat məbləğində aylıq sosial müavinət növü var. Hətta 5 manat məbləğində sosial müavinət var. Yaxşı olar ki, biz bunlara bir də baxaq. Sosial müavinətlərin sayını, çeşidini azaldaq, amma məbləğini artıraq ki, bunu alan insanların əlində həyatlarına təsir edəcək qədər vəsait olsun".

Ребенок у окна, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Mühüm qərar verildi: onlar müavinət alacaq

Onun sözlərinə görə, bu ilin əvvəlində aparılan pensiya islahatlarından sonra təqaüdə çıxmaq üçün pensiyaya çıxan şəxsin sosial sığorta hesabında 15 min 840 manat vəsaitin toplanması əsas şərt kimi götürülüb: "Yaxın 10 ildə pensiya yaşı çatanadək pensiya hesabında bu qədər kapital toplamayan insanların sayı kifayət qədər artacaq. Artıq bunlar pensiya alanlar kateqoriyasından sosial müavinət alanlar kateqoriyasına keçəcəklər. Bu da büdcəyə xeyli yük olacaq və indidən bu nəzərdə tutulmalıdır. Həm də bu sosial müavinətin məbləği çox aşağıdır — cəmi 66 manatdır. Bu təxminən 40 dollara yaxın bir vəsait edir. Və bu, insanların mütləq yoxsulluq həddinə düşməsi deməkdir. Azərbaycanda isə mütləq yoxsulluğu ləğv etmişik. Bu, çox ciddi bir məsələdir. Hökumət bunun üzərində düşünməlidir. Yəni, gündə 2 dollardan az qazancı olan adam mütləq yoxsul sayılır. Əgər biz bu insanlara 66 manat sosial müavinət verəcəyiksə, deməli, bunu nə iləsə kompensasiya etməyi də düşünməliyik". 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sosial müavinətlərin verilməsi sahəsində bir sıra islahatlara ehtiyac var: "Sosial müavinətlərin sayı, məbləği, verilmə şərtləri baxımından islahatlara ehtiyac var. Müavinətlərə uyğun gələn təbəqənin təyini məsələsində şəffaflıq daha da artırılmalıdır".

İqtisadçı hesab edir ki, burada ictimai nəzarət gücləndirilməlidir: "Həssas qrupların bu müavinətlərə əlçatanlığı daha da asanlaşdırılmalıdır. Eyni zamanda, bu gün elə təbəqələr var ki, onlara verilən məbləğlər zəruri dərman ehtiyacını belə ödəmir. Ona görə də, bu məbləğlər hesablanan zaman bir insanın minimum ehtiyac meyarı, yəni, istehlak səbəti və bütün digər məsələlər nəzərə alınmalıdır. Ona görə də, bu məsələyə yenidən baxılmasına, ictimai müzakirələrin aparılmasına ehtiyac var. Burada ekspert qrupları yaradılmalı və bu məsələlər araşdırılmalı, təhlillər aparılmalıdır". 

Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirdən pensiyaçılara xoş xəbər

Sosial müavinət ilə bağlı xarici təcrübəyə gəlincə ekspert dünya təcrübəsinin müxtəlif olduğunu deyib: "Məsələn, ABŞ, Böyük Britaniya, Fransada sosial dəstək daha azdır. Burada daha çox işləyib və bunun qarşılığında sosial dəstək əldə etmək məsələsi önə çəkilir. Amma Almaniyada, Finlandiyada, İsveçdə sosial dəstək daha güclüdür. Bunlar sosialyönümlü bazar iqtisadiyyatı modeli olan ölkələrdir. Məsələn, Almaniyada xəstə uşaqlara baxılması, müalicəsi pulsuzdur, dövlət hesabınadır. Burada dövlətin himayədarlığı o qədər çoxdur ki, hətta dövlət bir "valideyn" sayılır".

Ekspertin sözlərinə görə, Azərbaycanda rəsmi şəkildə elan edilib ki, biz sosialyönümlü iqtisadi siyasət həyata keçiririk: "Ona görə də bu məsələyə diqqət etməli, bunun daha müasir yollarını seçməliyik. Almaniya modeli, Yaponiya modeli və s. var. Bu modellər öyrənilməli, Azərbaycan onlarda olan mütərəqqi yolları götürməli, tətbiq etməyə çalışmalıdır".

Xəbər lenti
0