CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülər arasına şayiə buraxılıb, artıq "tələ"yə düşənlər də var

Abunə olmaq
Pik saatlarda müşahidə kameraları söndürülür?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Bakı-Sumqayıt yolunda səhər və axşam saatlarında müşahidə edilən tıxac minlərlə insanın kabusuna çevrilib. Yolda "butılka effekti"nin olması, nəqliyyat vasitələrinin intensiv hərəkətinə səbəb olmaqla yanaşı, sürücüləri də aqressivləşdirir.

"Beynəlxalq Avtovağzalın qarşısında bir həftə ərzində mənə hər biri 40 manat məbləğində 7 elektron protokol tərtib edilib" – deyən taksi sürücü Akif Əliyev Sputnik Azərbaycan-a bildirib ki, səhər saatlarında Sumqayıt-Bakı yolunda hər zaman sıxlıq olduğu üçün bir çox avtomobillər sağ yolla hərəkət edib, sonradan sol yola daxil olur.

Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yarımada əhalisinin əzablarına son qoymaq üçün bircə yol var, o da mümkün deyil

""20 Yanvar" istiqamətində hərəkət edirlər. Əvvəllər yola çəkilmiş istiqamətləndirici xətlərdə sola keçid üçün qırıq xətt olsa da, sonrada həmin xətt götürülüb və yalnız sol yoldan sağ yola keçmək istəyən sürücülər üçün keçid xətti qoyulub. Səhər saatlarında yollarda olan xətlər heç kimi maraqlandırmır. Kim necə istəyirsə, elə də hərəkət edir. Hətta sürücülər deyirlər ki, səhər saat 8.00-10.00 arası ərazidə olan nəzarət kameraları işləmir. Ancaq mənə göndərilən elektron protokollar bir daha sübut edir ki, həmin yolda səhər saatlarında olan tıxac və sürücülərin vəziyyəti heç kimi maraqlandırmır" — A. Əliyev danışıb.

Sürücü qeyd edib ki, ərazidə sol yola da, sağ yola da eyni olaraq üç zolaq ayrılıb: "Halbuki, sağ yolla avtovağzal tərəfə çox az avtomobil hərəkət edir. Bununla yanaşı, ərazidə olan təpəcik də nəqliyyat vasitələrinin hərəkətinə mane olur".

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, sürücü qayda pozmasa, kimsə ona cərimə yazmaz: "Avtovağzalın qarşısına gələn yolda radarların başladığı ərazidən yol nişanları qoyulub. Bu yol nişanları istiqaməti bildirir və sürücü həmin nişanlara görə bilir ki, hansı yolla hara getmək olar".

"Bəzən özünü ağıllı və çevik hesab edən bəzi sürücülər sağdan sürətlə gəlib sola, hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına girməklə qayda pozmaqla yanaşı, öz yolunda hərəkət edən avtomobillərin hərəkətində problem yaradırlar. Bu, digər sürücülərin də aqressiyasına səbəb olur. Digər sürücü düşünür ki, hansısa taksi sürücüsü məndən ağıllı çıxıb niyə mənim yoluma girməlidir?" — K. Əliyev bildirib.

"Hər bir sürücü bilməlidir ki, harada olursa olsun, qayda pozacaqsa, cərimə ediləcək. Əgər sürücü Sumqayıtdan Bakı istiqamətinə — "20 Yanvar" istiqamətinə hərəkət edirsə, nəzərdə tutulmuş 3 zolaqla hərəkət etməlidir. Sağdan yola girmələr nəqliyyatın hərəkətində maneələr yaradır və nəqliyyat axınının sürəti azalır" — o, əlavə edib.

DYP təmsilçisinin sözlərinə görə, ərazidə olan təpəciklərin götürülməsi də yolda rahatlıq yaratmayacaq: "Çünki təpəciyə qədər olan yol 3 zolaqlı, təpəcikdən sonrakı yol isə 4 zolaqlıdır. 4-cü zolaq Bakı Beynəlxalq Avtovağzalı istiqamətindən hərəkət edən avtomobillər üçün nəzərdə tutulub".

Bakı-Sumqayıt yolunda tıxac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rəsmilərin "qeyri-mümkün"ündən əhali çıxış yolu tapır: Baxın, necə

K.Əliyevin onu da vurğulayıb ki, həmin ərazidə səhər saatlarında şəhər istiqamətində, axşam saatlarında isə Sumqayıt istiqamətində axın olduğu üçün ərazidəki bütün kameralar 24 saat işləyir: "Yəni kimsə hansısa şayiəyə arxayın olub istədiyi kimi sürə bilməz. Kameralar günün bütün saatlarında işləyir və kimsə qayda pozursa, ona elektron protokol yazılır. Və həmin şəxs də yazılan cəriməni ödəmək məcburiyyətindədir".

Kameraların çəkiliş məsafəsinə gəldikdə isə, şöbə rəisi bildirib ki, nəqliyyat vasitəsi görünüş dairəsinə nə qədər yaxındırsa, kamera bir o qədər aydın çəkir: "Kamera həmin avtomobilin dövlət nömrə nişanının daha görünən olması üçün onu bir neçə parametrdən çəkə bilər. Kameralar həmin avtomobili izləyir və dövlət nömrə nişanını böyük planda çəkir".

"Kameralar təkcə görüntü deyil, həm də video çəkir. Kimsə şəkillərlə qane olmursa, həmin şəxslərə video fayllar da təqdim olunur. Bundan əlavə, sürücülər AsanPay və yaxud e-xidmet.mia.gov.az/ saytında qeydiyyatdan keçib video və foto görüntülərə baxa bilərlər" — Əliyev vurğulayıb.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, "Stop" xətti varsa, qaydalara əməl etmək lazımdır: "Narazılıq varsa, məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət etmək, məsələni ictimailəşdirmək lazımdır. Sürücünün xoşuna gəlmir deyə "Stop" xəttini keçmək düzgün yanaşma deyil. Artıq təhlükəsiz şəhər kameraları həmin inzibati xətaları da qeydə alır və həmin sürücülərə 40 manat məbləğində cərimə tətbiq edilir".

Kameraların səhər saatlarında işləməməsi məsələsinə gəldikdə isə, Muradlı deyib ki, müşahidə kameraları günün bütün saatlarında işləyir: "Kimsə sizə "kameralar səhər işləmir, günorta işləyir və yaxud gecə işləmir, gündüz işləyir" desə, inanmayın. Çünki kameraların işləyib-işləməməsinə Daxili İşlər Nazirliyi rəhbərliyi qərar verir".

"Kameralar mütəmadi olaraq təmir edilir və daim çalışır. Texniki problemlər, elektrik enerjisinin verilməsində olan fasilə və s. bu kimi hallar istisna olmaqla təhlükəsiz şəhər kameraları bütün gün çalışır. Buna görə də deyilənlərə inanmadan qaydalara riayət etmək lazımdır. Və "Stop" xətti keçilməməlidir. Belə halların baş verməsi sürücü mədəniyyətsizliyindən xəbər verir" — mütəxəssis bildirib.

O, qeyd edib ki, məsələ ilə bağlı sürücülər şikayət və təkliflərini aidiyyatı orqanlara bildirə bilərlər.

Bakı–Sumqayıt yolunda, tikilmə səbəbi bəlli olmayan və hərəkətə mane olan təpəciklərə gəlincə Muradlı deyib: "Təpəciklər ümumiyyətlə yol hərəkətinin təşkilində nəzərdə tutulmayıb. Yolların kənarında yaradılan təpəciklər Binəqədi Rayon İcra Hakimiyyətinin fantaziyasının məhsuludur. Bakı-Sumqayıt yolunda belə təpəciklər qoyulsa da, sonradan sökülüb".

Xəbər lenti
0