CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmilərin "qeyri-mümkün"ündən əhali çıxış yolu tapır: Baxın, necə

© Photo : APABakı-Sumqayıt yolunda tıxac
Bakı-Sumqayıt yolunda tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Yarımada sakinlərinin ən böyük problemlərindən birini belə həll etmək olar

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. İş yerlərinin və ali təhsil müəssisələrinin çoxu Bakıda yerləşdiyi üçün, hər gün Sumqayıt və Xırdalan şəhərlərinin minlərlə sakini Bakı şəhərinə gəlməli olur. Səhər saatlarında Bakıya gələn, axşam isə evə qayıdan həmin şəxslər yeganə yol olan Bakı-Sumqayıt yolundan istifadə edirlər.

Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yarımada əhalisinin əzablarına son qoymaq üçün bircə yol var, o da mümkün deyil

Bu da səhər və axşam saatlarında tıxac ilə nəticələnir. Həmin yoldan istifadə edənlərin gün ərzində saatlarla tıxacda qalmaları, artıq onlar üçün gündəlik həyat rejiminə çevrilib.

Sputnik Azərbaycan bu problemin həlli yolları ilə bağlı sosial şəbəkədə sorğu aparıb. "Bakı-Sumqayıt yolunda hökm sürən tıxac problemi günü-gündən dərinləşir. Paytaxtın iki girişindən biri olan Bakı-Sumqayıt yolunu tıxacın cəngindən qurtarmaq üçün nə edilməlidir" sualına cavablar isə fərqli olub.

Yusif Fətəliyev: "Sürətli qatar çəkilsə, problem həll olunar".

Vüsal Əhmədov: "Hər gün o yolu gedib-gələn biri kimi deyirəm ki, tıxaca səbəb — Xırdalan dairəsində hərəkətin tənzimlənməməsidir. Dairədə dayanıb avtomobilləri sağa-sola yönəltməklə deyil. Həmin ərazidə taksilər yolun sağını tamamilə kəsiblər. Avtobuslar məcburən dayanacaqda yolun ortasında saxlayırlar, bu da tıxaca gətirib çıxarır. Yol günün pik saatlarında polislər tərəfindən nizamlanmalıdır, yoxsa evimizə axşam saat 10-da çatmağa vərdiş edəcəyik".

Günel Məmmədova: "Biz Bakı-Sumqayıt yolunun üstündə ev almışıq. Evi baha qiymətə aldıq, xərc çəkib oranı təmir etdik. Amma yol problemi üzündən bir gün belə, o evdə yaşamadıq. Bəlkə nə vaxtsa ora metro çəkilsə, yaşamaq olar".

Tahir Hümmətov: "Avtovağzal"a çatmamış yaradılan "Ot dağını" götürüb yolu genişləndirmək və oradakı kameranı yığışdırmaq lazımdır. Kameraya görə sağda 3-4 zolaq boş qalır. Yaxud da Xocasən gölünün üstündən Yasamal istiqamətində körpü salmaq olar. 3-cü variant isə Tbilisi prospektindəki körpüdə də sol zolaq kimi sürəti 80-ə qaldırmaq mümkündür".

Vaqif Hüseynov: "Ora körpü çəkilməsə, mümkün deyil. 3 ay o istiqamətdə yol gedib-gəldim. Yaşanılası vəziyyət deyil".

Tərxan Paşazadə: "Bakı-Sumqayıt qatarının qiymətini ucuzlaşdırıb, reyslərin sayını artırmaq lazımdır".

Zaur Əhməd: "Hər şeydən öncə Bakıdan Sumqayıta gələnlərin sayını azaltmaq lazımdır. Hər gün minlərlə insan iş üçün Bakıya gəlir. Halbuki, onların Sumqayıtda işləmək imkanı olsa, bu qədər əziyyət və vaxt itkisinə getməzlər. İlk növbədə Sumqayıtda iş yerlərinin sayı ciddi şəkildə artırılmalıdır. Eyni zamanda, yollarda ciddi problemlər var. Tənzimlənmə prosesi yoxdur. Bakı-Sumqayıt qatarının açılması da problemin həllinə yardımçı olmadı. Həm səmərəli deyil, həm də rahat təşkil olunmayıb. Bir sözlə, çox böyük və həlli çətin görünən problemdir".

Очередь. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vətəndaşların problemlərinin həllində yeni qayda: Qısa və konkret

Elnur Məhərrəmli: "Xırdalan dairəsi genişlənməlidir, "20 yanvar"da körpü tikilməlidir və 3 qoldan ibarət olmalıdır. Biri əvvəlki kimi Tbilisi prospektinə, biri 3-cü mikrorayon dairəsinə, digəri isə Mətbuat prospektinə getməlidir".

Afət Yaqubova: "Avtovağzalın arxasından Xırdalana ayrı yol salınmalıdır və ya Biləcəridən Masazıra tərəf yol çəkilməlidir. Çünki Sumqayıtdan Bakıya gələnlərin sayı Xırdalan, Müşfiq, Masazırdan gələnlərdən qat-qat azdır".

Səbinə Həsənzadə: "Nə qədər yol genişləndirirlər, nə qədər yol salırlar, yenə də bu problem həll olmur. Əsas problem isə həmin ərazidə əhalinin sayının artmasıdır".

Həsən Həsənov: "Regionlarda iqtisadi canlanma olmasa, mümkün deyil. Çünki bu işlə məşğul olanlar mütəxəssis deyil".

Orxan Kərimov: "Mütləq şəkildə alternativ yol çəkilməlidir, yolda olan boş-boş təpəciklərdə sökülsə yaxşı olar".

Xatırladaq ki, ötən günlərdə məsələ ilə bağlı açıqlama verən, "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Bakı-Sumqayıt yoluna alternativ yolun çəkilməsini "qeyri-mümkün" adlandırmışdı.

Xəbər lenti
0