CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardaran əməliyyatının iştirakçısı baş verənləri anlatdı

© Photo : SalamNewsВид на поселок Нардаран, фото из архива
Вид на поселок Нардаран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis rəisi: "Onların başının üstündə Azərbaycanın üç rəngli bayrağı deyil, "Hizbullah"ın bayrağı dalğalanıb"

BAKI, 1 dekabr — Sputnik. "2015-ci il noyabrın 30-u daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov bizə göstəriş verdi ki, "Nardaran sakinləri ilə danışın, silahları təhvil versinlər". Rayonun icra başçısı və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə biz onları görüşə dəvət etdik. Başa salmağa çalışdıq ki, sakinlərdə olan silahları polisə təhvil vermək lazımdır".

Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Nardaranda iki polis həlak oldu

Bu sözləri APA-ya müsahibəsində Sabunçu rayon Polis İdarəsinin rəisi, Nardaran əməliyyatının iştirakçısı, polis polkovniki Eldar İlyasov deyib. O bildirib ki, 2015-ci il dekabrın 1-dən 27-dək keçirilmiş tədbirlər nəticəsində 32 nəfər Nardaran sakini saxlanılıb, onlardan 22 ədəd qumbara, 5 ədəd "AK" avtomatı, 361 ədəd patron, 2 ədəd tapança, 10 ədəd molotov kokteyli, 7 ədəd bıçaq, 2 ədəd "obrez", 4 ədəd ov tüfəngi, 1 ədəd fişəng tapança, 1 ədəd kustar üsulla hazırlanmış "3C" partlayıcı, 1 ədəd qələm tapança, 2 qutu barıt, 1 qutu alışdırıcı patron, 1 ədəd beşbarmaq, 1 ədəd "TT "markalı tapança və 6 patron könüllü olaraq təhvil alınıb.

© Photo : Baki Xeber Polis polkovniki Eldar İlyasov
Polis polkovniki Eldar İlyasov - Sputnik Azərbaycan
Polis polkovniki Eldar İlyasov

E. İsmayılov onu da deyib ki, 2016-ci ildə sakinlərdən 5 ədəd avtomat, 6 ədəd tapança, 41 ədəd ov tüfəngi, 6 ədəd molotov kokteli, 2 ədəd sandıqça, 2 ədəd daraq, 3 ədəd "F1" əl qumbarası, 28 ədəd qumbara alışqanı və 269 ədəd müxtəlif çaplı avtomat güllələri götürülüb: "Bu il isə həyata keçirilən profilaktik tədbirlər nəticəsində Nardaran sakinlərindən 2 ədəd avtomat, 2 ədəd sandıqça, 6 ədəd tapança, 39 ədəd ov tüfəngi, 2 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 9 ədəd əl qumbarası, 10 ədəd alışqan, 1 ədəd "TT" markalı tapançaya məxsus sandıqça, 1 ədəd daraq və 820 ədəd müxtəlif çaplı avtomat güllələri aşkar edilərək götürülüb".

Polis rəisi, həmçinin qeyd edib ki, bu gün özlərini müxalifət adlandıran bəzi qüvvələr utanmazcasına iddia edir ki, guya Nardaran hadisələrini elə polis özü düzüb-qoşub: "Xalqdan dəstək ala bilməyən bu adamlar Nardaranda dövlətçiliyə qarşı çıxan şəxsləri müdafiə etməklə özlərinə tərəfdar toplamağa çalışırlar. Onlara xatırlatmaq istəyirəm ki, müdafiəsinə qalxdıqları həmin şəxslər müstəqil Azərbaycan dövlətinə, dövlət atributlarımıza hörmətsizlik edən adamlar olub. O adamlar ki, onların başının üstündə Azərbaycanın üç rəngli bayrağı deyil, "Hizbullah"ın bayrağı dalğalanıb".

Xəbər lenti
0