BAKI, 1 dekabr — Sputnik. Futbol üzrə 2018-ci il dünya çempionatının püşkatma mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, mərasim Moskvada Dövlət Kreml Sarayında baş tutub.
Mərasimi ötənlərin tanınmış futbolçusu Harri Lineker və rusiyalı jurnalist Mariya Komandnaya idarə edib.
Püşkatma nəticəsində qrupların tərkibi müəyyənləşib:
A qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay
B qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran
C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka
D qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya
E qrupu: Braziliya, İsveçrə, Kosta Rika, Serbiya
F qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya
G qrupu: Belçika, Panama, Tunis, İngiltərə
H qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya